İradə Cavadova Vəkillər Kollegiyasının Rəyasət Heyətindən uzaqlaşdırıldı

Dekabrın 7-də Vəkillər Kollegiyasının konfransında bu orqanın rəhbər heyəti formalaşıb. Aydın Axundov, Pərviz Ələkbərov, Muxtar Mustafayev, Turqay Hüseynov, Fariz Məmmədov, Sima Yaqubova, Eduard Çernin, Vüqar Babayev, Azər Quliyev, Şəfayət Həsənov, Lalə Nağıyeva, Sahib Səfərov, Tural Hüseynov və Elçin Qəmbərov Rəyasət Heyətinin üzvləri seçiliblər.

A.Axundov və P.Ələkbərov Rəyasət Heyəti sədrinin müavinləri seçiliblər. Yeni tərkibdə fəal ictimai mövqeyi ilə seçilən, həbsdə olan fəalları və jurnalistləri müdafiə edən vəkillər yoxdur.

E.Qəmbərov istisna təşkil edir. Belə ki, o, əvvəllər müdafiə etdiyi Leyla Yunusun şəxsi məktublarını dərc etməklə tanınır.

Tanınmış vəkil İradə Cavadova Rəyasət Heyətinin yeni tərkibinə daxil edilməyib. O, Rəyasət Heyətinin yeganə üzvüdür ki, vəkil Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılması ilə razılaşmayıb. (Turan agentliyi)