Malta cinayətlərində Azərbaycan izləri araşdırlır

İlham Əliyevin pulları «Heydərov» kod adı ilə yerləşdirilirmi?

Avropa Parlamenti Panama sənədləri üzrə çirkli pulların yuyulmasında ifşa edilmiş siyasi xadimlərin işinin araşdırılması ilə bağlı  Avropa polisi komissarı Laurens Kutajara müraciət edəcək. Bəlli olub ki, jurnalist Dafne Qaliziyanın öldürülməsi ərəfəsində Malta polisi ölkədə çirkli pulların yuyulması və korrupsiyanın təşkili ilə bağlı bir sıra mühüm faktları araşdırmayıb. Avropa Parlamenti Avropa Komissiyasının dərhal Malta hökuməti ilə danışıqlara başlamasına, bu ölkədə hüququn aliliyinin təmin edilməsi və Avropa dəyərlərinin üstünlüyünün təmin edilməsinə çağırıb. Bu barədə Avropa Poarlamentinin üxsusi qərarı elan edilib. Qərarda bildirilir ki, Malta hökuməti fərdi investisiya proqramları üzrə pasport alan şəxsləri dəqiq müəyyən etsin. Avropa Parlamenti son illər ərzində Malta baş verən hadisələrdən, o cümlədən söz azadlığı və poilis- məhkəmə orqanlarının müstəqilliyi ilə bağlı problemlərlə bağlı dərin narahatlıq keçirir,.

Avropa Parlamentyi Maltada fəaliyyət göstərən Pilatus Bankın necə və hansı şəraitdə lisenziya aldığı ilə bağlı məsələni araşdırmağa çağırır. Maltada kütləvi informasiya vasitələri bu bankı çirkli pulların yuyulması, korrupsiyasının təşkili və korrupsiya ilə bağlı sənədlərin məhv edilməsi kimi əməliyyatlarda ittiham edir. Pilatus Bank ətrafındakı qalmaqallarla bağlı məlumat qaynağı olan şəxsin ölkədən qaçıb getməyə məcbur olduğunu təəssüflə qeyd edir.

Avropa Parlamenti «Avropalı Dafne Karuana Galiziya» adlı illik mükafatın təsis edilməsini tövsiyyə etməklə yanaşçı Maltada söz azadlığının, jurnalistlərin, eləcə də informasiya qaynaqlarının  şəxsi təhlükəsizliyinin qorunmasını tələb edir.

Faktdır ki, Azərbaycanın iri oliqarxlarından biri olan Kəmaləddin Heydərov yoxlamalar zamanı Pilatus Bankda olan bank hesabını qapadıb. Müfəttişlik, eyni zamanda, aşkar edib ki, Maltanın iki iribuynuzlu məmuru- Kit Şembri (boz kardinal) və sabiq Avropa komissarı Con Dalli də Pilatus Bankda öz adları ilə açılan bank hesablarına malik olublar.

Şembri və Con Dallinin adları təzyiqlər nəticəsində hesabatlardan yığışdırılıb, Kəmaləddin Heydərovun da adının həmin hesabatlardan silinib- silinmədiyi hələlik, bəlli deyil. Yaranmış dəətli qalmaqala baxmayaraq, Maltanın Maliyyə Xidməti İdarəsi Pilatus Bankla bağlı heç bir tədbir görməyiblər. Bu məsələni araşdıran jurnalistlər bildirirlər ki, istər daxildən, istərsə də xaricdən ciddi təzyiqlər olurdu.

Ötən il Pilatus Bankda Maliyyə kəşfiyyatı xidmətinin əməkdaşlarından ibarət olan qrup Pilatus Bankda 9 gün ərzində araşdırma aparıblar. Bu yoxlamaların aparıldığı ərəfədə Bankın rəhbərliyi əməkdaşlara bir çox mühüm əməliyyatlar, tranzaksiyalar barədə məlumatların gizlədilməsini  əmr ediblər. Beləliklə, Maliyyə kəşfiyyatı yoxlamasından çoxlu sayda faktlar gizlədilib.