Sərhədsiz Reportyorlar: Fikrət Hüseynlini dərhal azad etməyə çağırırıq

Niderlandda mühacirətdə yaşayan Azərbaycan əsilli jurnalist Fikrət Hüseynli bu ay İnterpolun sorğusu əsasında Kiyev aeroportunda həbs edilən ikinci xarici jurnalistdir.

“Sərhədsiz Reportyorlar” israrla Ukrayna hakimiyyətini Hüseynlini dərhal azad etməyə və repressiv hökumətlərin xaricə qaçan dissidentlərin təqibi üçün çox vaxt “qırmızı xəttindən” sui-istifadə etdiyi İnterpol-da təcili islahatlara çağırır.

Bakı Hüseynlini “sərhədi qanunsuz keçməkdə” və “fırıldaqçılıqda” ittiham edir.

Kiyev məhkəməsi onu apellyasiyaya baxılana qədər 18 gün müddətinə həbs edib.

“Ukrayna Azərbaycanın fərqli düşünənlərin təqibini öz sərhədlərindən kənara yaymaq cəhdlərini dəstəkləməməlidir”, deyə “Sərhədsiz Reportyorlar”ın bəyanatında bildirilir.

“Biz siyasi motivli ittihamlar irəli sürülən Fikrət Hüseynlini dərhal azad etməyə çağırırıq. Bu hadisə mühacirətdəki dissidentlərin təqibinə son qoymaq üçün İnterpol-un “qırmzı bildirişlər” sistemində islahatlar aparılması zərurətini göstərir”, deyə bəyanatda qeyd edilib.