Durmuşam önündə bir daş heykəlin,
Sağ ikən zülm edib vətən daşına,
Bu mənfur simanı yaşatdığıyçün-
Ətrafda yerləşən daşlar, çınqıllar,
Nifrət bəsləyirlər daş qardaşına…
Milyonlar bağlanıb, açıla bilmir,
Ucu tapılmayan cin dolağından,
Himi inşa olub,Mina dağından,
Şeytana atılan daş qalağından…
Hökmü rəzilliyə meydanlar açıb,
Niyyəti hər zaman ölüm,qan-qada,
Tanrı varlığını daşa döndərib,
Ürəyi daş olub sağlığında da…
Dirmuşam önündə bir daş heykəlin,
Önündə nə qədər güllər, əklillər,
Nə qədər sehirli qüvvəsi varmış,
Manqurt yetişdirib görün nə qədər…
Arif Pənahoğlu