Daha bir böyük tədbirə pullarımız xərclənəcək

Avqust ayında Azərbaycanda gənclər siyasəti sahəsində ən böyük tədbirlərdən olan Ümumdünya Skaut Konfransı və Forumu keçiriləcək.

Bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. İ.Babayev bildirib ki, bu tədbir MDB məkanında, Türk dünyasında ilk dəfə olaraq Azərbaycanda keçirilir və həmçinin, iştirakçıların və ölkələrin sayına görə əvvəlki tədbirlərdən daha böyük olacaq.

Nazir müavininin sözlərinə görə, tədbirə artıq 153 ölkədən 1400-dən artıq iştirakçı qeydiyyata alınıb.