Qiyas İbrahimovun atasına cinayət işi açılıb

O, hakimi təhqir etməkdə günahlandırılır

Bu barədə facebook statusunda heykəl məhbusu Qiyas İbrahimovun anası Şura Əmiraslanova yazıb: “Qiyasın atası bu gün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə çağırılmışdı. Həsən İbrahimova Cinayət Məcəslləsinin 148-ci maddəsi ilə (təhqiretmə – üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) cinayət işi açılıb.

Sonuncu məhkəmədə hakim Qiyasın sözünü kəsəndə atası əsəbiləşdi. Hakimə etdiyinin doğru olmadığını, Qiyasın haqqını tapdaladığını söylədi. Bir də hakimə ”Ənvər Seyidovun başına gələn sizin də başınıza gəlsin”, demişdi. Hakim həmin vaxt onun ifadələrinin aktlaşdırılmasını istəmişdi”.

Azərbaycansaatı.tv