Ana fəryadı

Əbil HƏSƏNOV

O mühdiş gecədə ,düşmənin qəfil hücumu nəticəsində bədəninin bir hissəsi düşmən gülləsinə tuş gəlmişdi. Ancaq buna baxmayaraq, çətinliklə də olsa da, düşmən əlindən sağ -salamat çıxarmış əkiz oğlanlarını böyüdürdü ki, onun qisasını alsınlar, əsirlikdə olan bacılarını xilas edib,düşmən tapdağında olan torpaqlarımızı azad etsinlər.Oğlanları böyüdükcə ana daha sevinirdi.Axı necə sevinməsin ki,qisas günü yaxınlaşırdı.Oğlanları tərbiyəli, mərifətli uşaqlar idilər.Hər ikisi də biri birinə oxşayırdı.Anadan başqa heç kim onları seçə bilmirdi.Övladlar ibadətlə məşğul olmağa başladılar.Ana oğlanlarının pəhləvancüssələrinə baxıb fərəhlənirdi. Oğlanlar isə Allaha “yaxınlaşdıqca” bir-birlərindən uzaqlaşırdılar.”Qardaş”ların sayı artdıqca, qardaşlar bib-birindən uzaqlaşır və onlar arasında münasibətlər korlanırdı.İş o yerə gəlib çatdı ki, namazı da fərqli fərqli qılmağa başladılar.Artıq  zahiri görünüşləri də fərqlənirdi.Əvvəlki oxşarlıqdan əsər-əlamət qalmamışdı.Hərə özünü haqlı sayır, doğru yolda olduğunu bildirirdi. Tez-tez aralarında mübahisələr olurduHətta bu mübahisələr zamanı bir-birlərinə silahlarını da tuşlayırdılar. .Ancaq ananın vaxtında müdaxiləsi mübahisənin münaqişəyə çevrilməsinə imkan vermirdi.Ananın qəlbindəki sevinci kədər əvəz eləmişdi. Günlərin bir günü oğlanlardan biri anaya yaxınlaşaraq:-“Ana mən Suriyaya gedirəm.Orada “qardaşlarımızı “qırırlar.Onlara kömək etmək lazımdır.”-dedi. Anası ona:-“Ay oğul, sənin orada nə işin var?Sənin bacıların əsirlikdədirlər, vətənin bir hissəsi düşmən tapdağı altındadır. Bəs, onları kim azad edəcək?.Mən sizi böyütdüm ki onları azad edəsiniz.”-deyərək ağlamağa başladı.Ana çox yalvardı,oğul eşitməyib getdi. Bir neçə gündən sonra o biri oğul anaya dedi:-“Ana mən də Suriyaya gedirəm. Ana sevindi. Elə bildi ki oğlu qardaşını gətirməyə gedir.O sevincək oğluna:-” Get ay bala, qardaşını da götür gəl.Onun orada nə işi var.”-dedi. -“Yox ay ay ana mən onu gətirməyə getmirəm.”-deyə cavab verdi. -Bəs niyə gedirsən ay bala?-Sual dolu baxışlarla oğlunun gözlərinə baxdı.Oğlu qardaşının boş çarpayısını göstərərək;-“Bunlar orada baş qaldırıblar.Onları yerində oturtmaq üçün “qardaş”lara kömək etmək lazımdır.Onlar da gəlib bizə kömək edəcəklər”-deyib,anasının sözünə məhəl qoymayıb getdi. Suriyadan hər iki oğlanlarının ölüm xəbəri gəldi. Ana ağladı, fəryad etdi. Heç kim ananın fəryadını eşitmirdi. Eşitmək də istəmirdi. Ana qorxurdu ki, vətən  torpağı nə vaxtsa “qardaş”ların hərb meydanına çevirilə bilər.