ABŞ-dan Suriyaya hərbi müdaxilə

ABŞ prezidenti Donald Trampın Suriya əməliyyatı ilə bağlı qısa açıqlama verib.

Prezident bu gecə Suriyaya hava zərbələri endirmək məri verdiyini açıqlayıb:

“Bu gecə, Suriyada kimyəvi hücum həyata keçirən təyyarələrin qalxdığı hava limanına hücum əmri verdim. Bütün ölkələri kimyəvi hücumu dayandırmağa çağırıram. Bu barbar hücumla (kimyəvi hücum) bir çox insan və hətta gözəl körpələr vəhşicəsinə öldürüldü. Suriyadakı mərmi əməliyyatı ABŞ-ın təhlükəsizliyi üçün vazkeçilməzdir. Bu axşam bütün mədəni ölkələri, Suriyadakı qırğını və hər cür terrorizmi dayandırmaq üçün ABŞ-a qoşulmağa dəvət edirəm”,- deyə ABŞ prezidenti bildirib.

Rusiya prezidenti V.Putin isə bu müdaxiləni suveren dövlətə təcavüz kimi dəyərləndirib.

***

Vaşington Surayada dinc sakinlərə qarşı kimyəvi silahdan istifadəyə cavab olaraq bu ölkəyə hərbi müdaxiləyə hazırlaşır.

Almaniyanın Deutsche Welle saytı belə sensasion məlumat dərc edib. Sayt Ağ Ev administrasiyasının əməkdaşına istinad edərək bildirir ki, Pentaqonun rəhbəri Ceyms Mattis prezident Trampa bir neçə reaksiya variantı tədim edib.

Dövlət katibi Tillerson ABŞ-ın baş vermiş hadisəyə reaksiya olaraq Əsədin devrilməsi üçün beynəlxalq koalisiya yaratmaq niyyətində olduğunu bildirib. Deutsche Welle onu da qeyd edir ki, qəti addımlar atmağın zəruriliyi prezident Trampın mövqeyi ilə birbaşa bağlıdır.

ABŞ prezidenti Donald Trampın Suriya əməliyyatı ilə bağlı qısa açıqlama verib.

“Bu gecə, Suriyada kimyəvi hücum həyata keçirən təyyarələrin qalxdığı hava limanına hücum əmri verdim. Bütün ölkələri kimyəvi hücumu dayandırmağa çağırıram. Bu barbar hücumla (kimyəvi hücum) bir çox insan və hətta gözəl körpələr vəhşicəsinə öldürüldü. Suriyadakı mərmi əməliyyatı ABŞ-ın təhlükəsizliyi üçün vazkeçilməzdir. Bu axşam bütün mədəni ölkələri, Suriyadakı qırğını və hər cür terrorizmi dayandırmaq üçün ABŞ-a qoşulmağa dəvət edirəm”,- deyə ABŞ prezidenti bildirib.

Azərbaycan saatı