Avropa Parlamenti Ukrayna ilə viza rejiminin ləğvinə qərar verdi

Avropa Parlamenti Ukrayna ilə viza rejiminin ləğv olunması ilə bağlı Avropa Komissiyasının təklifini dəstəkləyib.

Strasburqda keçirilən iclasda qərarın lehinə 521 nəfər, əleyhinə 75 nəfər səs verib, 36 parlamentar bitərəf qalıb.

Avropa Şurası qərarı təsdiq etməlidir. Qanunverici aktın mətni Avropa Parlamentinin prezidenti və sədrlik edən ölkənin nümayəndəsi tərəfindən imzalanmalıdır. Qərar Aİ-nin rəsmi jurnalında dərc olunduqdan 20 gün sonra qüvvəyə minir.