Bu adamları oliqarxların Avropadakı strukturlarına və adamlarına qarşı nələri planlaşdırırlar?
Azerbaycansaati.tv saytının email adresinə maraqlı bir məktub daxil olub. Məktubun müəllifləri anonim qalmaq istəyiblər və buna görə də adlarını qeyd etməyiblər. Məktubun məğzi Avropada Azərbaycan hakimiyyətinə qarşı təzyiqlərin təşkil edilməsindən ibarətdir.
«Sizi əmin edirik ki, bu məktub bircə nəfərin qərarı deyil. Biz ən azı, 10-15 nəfərik. Prosesin gedişində kim olduğumuzu hamı görəcək və onsuz da sona qədər özümüzü gizli saxlamaq nə mümkün olacaq, nə də biz gizli qalmaq istəyəcəyik…»- deyə məktubu göndərənlər qeyd edirlər.
«Biz Azərbaycandakı polis rejiminin Avropadakı fəallara qarşı murdar hərəkətlərindən qəzəblənmişik. Əlbəttə, mühacirətdə olanların Azərbaycanda qalan ailə üzvlərinə və qohumlarına qarşı əsl terrorist davranışı nə qədər şiddətli olsa da biz buna adekvat davranışlarla cavab verməyin tərəfdarı deyilik. Amma təxminən həmin hərəkətlərə bənzəyən şəkildə cavab verməyi öz borcumuz sayırıq. Biz indi Azərbaycan məmurlarının xaricdəki biznes obyektlərinin siyahısını çıxarırır. Bununla yanaşı Azərbaycandakı orta və yüksək ranqlı məmurarın Avropa ölkəlkərində təhsil alan, işləyən qohumlarının, ailə üzvlərinin siyahısını da tuturuq. Bizim kiməsə qarşı terrorçular kimi hərəkət etmək niyyətimiz yoxdur. Amma həmin biznes obyektlərinin qarşısında etiraz aksiyası keçirəcəyik. Onların Avropadakı partnyorlarına etiraz məktunbları göndərəcəyik. Azərbaycanlı məmurların Avropadakı biznes ortaqlarının müəssisələri qarşısında etriaz aksiyaları keçirəcəyik. Məmurların Avropada oxuyan və işləyən övladlarının, ailə üzvlərinin təhsil aldığı, işlədiyi müəssisələrin qarşısında etiraz aksiyaları keçirəcəyik… Bizə yardım edin. Bizə bu məlumatlarla yardım edin ki, onlarlı daha haralarda tapmaq olar…». Məktubun məğzi əsasın bunlardan ibarətdir.
Məktub müəllifləri söz veriblər ki, özləri haqqında ətraflı məlumat verəcəklər. Ən azı, azerbaycansaati.tv- yə özləri haqqında məlumat göndəcəklərinə söz veriblər.
azerbaycansaati.tv