Jurnalist Elçin İsmayıllı tutuldu

İsmayıllıda yaşayan jurnalist Elçin İsmayıllı fevralın 17-də saat 16.00 radələrində yaşadığı evdən çıxdıqdan sonra geri qayıtmayıb. Elə həmin gün, daha doğrusu, ayın 17-dən 18- nə keçən gecə saat 02.00 radələrində polis və prokurorluq əməkdaşlarından ibarət olan 8 nəfərlik qrup onun kirayədə qaldığı evə gələrək axtarış aparıblar. Əməliyyatçılar jurnalistin evində kompyuterini və sənədlə aldığı ov tüfəngini götürüb gediblər.

azerbaycansaati.tv