Bakı Dövlət Universitetində “İlahi komediya”

Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin tələbələri adından redaksiyamızın elektron poçtuna fakültənin dekan müavini Nigar İsmayılzadə ilə bağlı şikayət məktubu daxil olub. Adlarını açıqlamaqdan ehtiyat edən tələbələr ciddi ittihamlar səsləndirməklə yanaşı ilginc faktlar da verirlər. Onlar qeyd edirlər ki, “24 illik tarixi ərzində heç vaxt rüşvət hadisələri ilə gündəmə gəlməmiş İlahiyyat fakültəsində təəssüf ki, bu gün dekan müavini dosent Nigar İsmayılzadənin sayəsində rüşvətxorluq adı çəkilən təhsil ocağında “çiçək açıb”.
İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə tələbələrə rüşvətlə qiymət yazdırmaqdan başqa onlar arasında ayrı-seçkilik edir, imkansız və imkanlı tələbələrlə ünsiyyətdə istifadə etdiyi dil bir-birindən kəskin fərqlənir.
Fakultəmizdə qeyri-rəsmi imtahan “haqqı” təyin edən dekan müavini beş semestr imtahanının hər birindən 300 manat olmaqla ümumilikdə 1500 manat, dövlət imtahanından isə ayrıca olaraq 1200 manat alaraq hamını soğan qabığı kimi soyur.
Hörmətli Abel müəllim ! “İzahlı beş manat, izahsız üç manat” məsələsi kimi tək tək 300 azn, cəm halda 70-100 azn arasında dəyişir qiymət. Tələbələrin birinci üst-başına, sonra işlətdiyi telefona və daha sonra şəxsi maşınının olub-olmadığına baxan dekan müavini kasıb tələbələri nalayiq ifadələrlə, xüsusən “bomj” və “cındır” sözləriylə təhqir edir, imkanlı tələbələrə isə xüsusi “nəvaziş” göstərir.
Hərdən dərslərdən icazə almaq lazım olanda icazəni Nigar İsmayılzadədən yox, fakültənin digər rəhbərlərindən almağa çalışırıq. Çünki icazəni Nigar xanımdan alanda baha başa gəlir, hədiyyə almaq lazım gəlir. Misal üçün bir tələbə icazə alıb rayona gedəndə o bölgənin kənd təsərrüfatı məhsullarından bir bağlama hazırlayıb gətirməyə məcbur olur. Bu “hədiyyə” sisteminə yumurtadan tutmuş hər növ kənd təsərrüfatı məhsulları və qiyməti olan hər şey daxildir.
“Mənə nə alacaqsınız” sualını eşitməmək üçün gözünə görünməməyə çalışdığımız Nigar İsmayılzadə ümumiyyətlə tez-tez tələbələrdən hədiyyə almağı çox sevir, imtahanlarda dekanın adından istifadə edib, tələbələrə tort aldırmaqdan belə çəkinmir. Hətta aldığı hədiyyələri həftələrlə öz iş stolunun üstündə sərgiləyir. Bununla da ona hədiyyə almayan digər tələbələrə mesaj verir.
Bu il ailə həyatı quran fakültənin 4-cü kurs tələbələrimizdən biri (adını qeyd etməkdən çəkinirik) (tərcümə-fars) uzun müddət dərslərə gəlmədiyinə görə ona qaib yazılmaması üçün qaynatası Nigar İsmayılzadəyə xeyli pul verib. Bu faktı da tələbə yoldaşlarımıza həmin tələbənin özü danışıb. Ancaq fakültədə Nigar İsmayılzadənin hər istəyini qəbul etdirə bilmədiyi bəzi müəllimlər adı çəkilən tələbəyə mütəmadi olaraq qaib yazıblar. Daha sonra vəziyyəti öyrənən tələbə dekan müavinindən onun problemini həll etməsini tələb edib. Nigar İsmayılzadə də bu mərhələdən sonra problemi həll edə bilməyəcəyini görüb aldığı “haqq”ı geri qaytaracağını bildirsə də tələbə pulunu alacağı təqdirdə dekan müavinin onu sıxışdıracağından qorxduğu üçün pulun geri qaytarılmasında israrçı olmayıb.
Nəticədə isə qeyd etdiyimiz tələbə bütün qaiblərə baxmayaraq imtahanlara girməyə nail oldu.
Magistr tələbə qızlarımızdan biri (adını qeyd edə bilməsək də bu hadisəni fakultəmizdə hamı bildiyi üçün kimdən söhbət getdiyi məlum olacaqdır) (tərcümə-ərəb) magistratura səviyyəsinə qəbul imtahanlarından öz biliyi ilə keçdiyi halda Nigar İsmayılzadə onun “xüsusi” tapşırıq ilə ərəb dili fənnindən keçə bilməməsinə nail oldu. TQDK dan yoxlama tələb edərək magisturaturanı qazanan telebenin atasına zeng edən dekan müavini “Qızının işini həll etdiyini və hədiyyə gözlədiyini” bildirib. Hətta özü üçün adı çəkilən tələbəyə qiymətli palto da aldırıb. Bir müddət sonra isə tələbənin özünün geyindiyi kürkə göz dikib əlindən alaraq “bunu mən geyinim” deyib. Telebe öz kürkünü verməyincə də “mənə aldığın paltonun zamoku xarab olub, apar düzəltdir” deyib. Telebe də bunun böyük bir problem olmadığını, dekan müavininə onun özünün düzəltdirməsini söyləyib. Yanvar semestr imtahanlarından hədiyyəsiz ötüşməyi nəzərdə tutmayan Nigar İsmayılzadə tələbədən tələb etdiyi xəz dəri gödəkcənin yerinə sadə dəri gödəkcə hədiyyəsi gətirdiyini görüncə dözə bilməyib tələbənin atasına Türkiyəyə zəng edərək, bu hədiyyəni bəyənmədiyini bildirib.
İmtahanlarda “xüsusi” qayğıkeşlik göstərdiyi tələbələrə imtahan vərəqinə nə yazırsınız yazın misal üçün ərəb dili imtahanını nəzərdə tutaraq təfsir yazın hətta amma vərəqi boş qoymayın, yoxlayan müəllim həll edəcək deyə dəhlizdə yüksək səslə danışmaqdan belə çəkinmir.
Birinci kurs tələbələrimizdən, informatika imtahanı üçün hamıdan bir nəfər kimi 70 azn-dən pul toplayan Nigar xanım kəsilən 22 tələbəmizə mən müraciət etmişəm rektoratlığa sizə yenidən imtahan təyin olunacaq deyə söz verib. Başqa imtahanlardan da kəsilən tələbələr, keçən ayın axırlarından rektor Abel Məhərrəmova ərizə yazmışıq amma hansı tələbə Nigar xanımın üsullarıyla müraciət edib, o tələbənin müraciəti rektorluğa çatır, hansı tələbə ise pul vermeyib onların müraciəti elə otaqda Nigar xanımın masası üzərinde qalıb. Bəzilərimizə apardım İsmayıl müəllim qəbul etmədi desə də bezilərimizə isə, mən aldığımı aldım imtahandan keçirdiyimi də keçirdim, qalanı mənim işim deyil deyə cavab verdi.
Nigar İsmayılzadə ixtisasça ilahiyyatçı və ya ərəbşünas olmadığı üçün maraqlı bir faktı da nəzərinizə çatdırırıq. Görünür buna görədir ki, dekan müavinin davranışlarında İlahiyyat fakültəsinin rəhbərlərinin davranışına uyğun olmayan başqa hallar da müşahidə edilir, dini dəyərlərə qarşı yaxşı tövr sergilemir. Ümumiyyətlə bəzi tələbələri geyimlərinə görə “geri qalmış” adlandırıb onları aşağılamaq, hətta işlətdikləri nisbətən ucuz ətirə görə tələbələri kiçiltmək Nigar İsmayılzadənin xasiyyətidir.
Bu yaxınlarda fakultə müəllimlərinin yoxlanılması, tələbə ilə davranışının necəliyinin öyrənilməsi məqsədiylə BDU-dan yoxlama gəlmiş və gizli bir sorğu keçirmişdilər. Sorğu əsnasında fakultəmizdə Nigar İsmayılzadənin “sağ qolu” olan tələbə həmkarlar ittifaqı sədri İlqar dəhlizlərdə o yan bu yana qaçır qarşısına çıxan bütün tələbəyə “Sorğu gizli deyil, Nigar xanım kimin nə yazdığını biləcək. Hamınız Nigar xanıma səs verin” deyə bir bir tapşırırdı. Qısacası fakultəmizdə “Nigar xanım qorxusu” hökm sürür.
Onu da qeyd etmək istəyirik ki, Nigar İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısıdır. Nigar xanım bütün bu “fəaliyyətlər”ində məhz səfir qardaşına arxalanır.
Qardaşının səfir olduğunu tələbələrə birinci kursdaca eşitdirən Nigar İsmayılzadə mütəmadi olaraq qardaşının rektor Abel Meherremovla yaxın dost olduğunu bununla birlikdə deputatlardan tutmuş yüksək vəzifəli şəxslərə qədər dövlət orqanlarında başqa güclü dəstəklərinin də olmasından danışır və ona heç kimin gücünün yetməyəcəyini söyləyərək müəllim-tələbə heyətinə gözdağı verir. Təəssüf ki, bu gözdağı da hər kəsin dekan müavinindən çəkinməsi və onun fakültədə istədiyini etməsi üçün bəs edir. Nigar İsmayılzadənin zülmündən, diktatorluğundan fakültənin dekanı Vasim Məmmədəliyevə belə şikayət edə bilmədik. Çünki Nigar xanımın onun “sözünə baxmayıb” ziyan görən insanlara; “əgər mənim sözümə baxsaydınız, (pozitsiyamdan getsəydiniz) ziyan görməzdiniz” dediyinə fakültədə dəfələrlə şahid olunduğu üçün biz də ondan dekana şikayət edəcəyimiz təqdirdə ziyan görəcəyimizi, hətta məzun ola bilməyəcəyimizi belə bilirik. BDU rəhbərliyi müəllimlərimizdən gizli qalmaq şərtilə sorğu keçirmiş olsalar, Nigar xanımın “yolundan gətməyən” tələbələrin imtahan bilətlərinin bilətleri hazırlayan müəllimin xəbəri olmadan dəyişdirib, tələbələrin hazırlaşmadıqları suallarla əvəz edib, tələbələrə imtahanda sürpriz edən N.İsmayılzadənin intiqam almaq metodları ilə yaxından tanış ola bilərlər. Biz onu da bilirik hətta əminik ki, bu yazımız heç bir şeyi dəyişməyəcək Nigar İsmayılzadə özünün “varlılar ordusu”nun köməyi ilə həmişə olduğu kimi sudan quru çıxmağı bacaracaqdır. Bəzi tələbələrimiz yazılı şikayət edərək, korpusun qarşısındakı şikayət qutusuna atıblar, bu dəfələrlə olub, lakin indiyə qədər heç bir ölçü götürülməyib.
Biz burdan fakultəmizin dekanı hörmətli Vasim Məmmədəliyevə, BDU-nun rektoru hörmetli Abel Məhərrəmova, Gürsel İsmayılzadə ilə dost olduğu xəbərinə belə baxmayaraq, Abel Məhərrəmovun ədalətinə sığınaraq səslənirik: “Hörmətli Abel müəllim ! Bu xanımın bu vəzifəyə hansı yollarla gəldiyini araşdırın xahiş edirik ! Xahiş edirik şikayətimizi nəzərə alın, sizin ədalətinizə sığınırıq, söz mövzusu heç bir qanun tanımayan Nigar İsmayılzadə olduğu halda, kiçik bir yoxlama ilə hələ bizim bilmədiyimiz, qeyd etmədiyimiz çox qanunsuzluqlara şahid olacaqsınız!”
Hörmətli redaksiya sizdə bu adamın dəstəkçilərindən deyilsinizsə xahiş edirik bizim bu fəryadımızı çap edəsiniz ki, səsimizi bəlkə eşidən olsun!!
Hörmətlə: İlahiyyat fakultesinin bir qrup kasıb tələbəsi !