Cəlilabad çıxmazı… yerli məmurlar bir- birini didməyə başlayıb… (video)

Cəlilabadda qan su yerinə axır. Orada belə söhbət gedir. «Azərbaycan Saatına baxan İlham Əliyev onu «kukla prezident» adlandıran Cəlilabad sakininin fəryadını dinləyib və hirslənib. Bu şikayəti bağıran cəlilabadlı Ufa şəhərində yaşadığını və Rusiya vətəndaşı olduğunu dediyinə görə, ona əli çatmayan və ikiqat hirslənən İlham Əliyev Kərəm Həsənova zəng edib. Ona ağzından çıxanı deyib. Kərəm Həsənov da İlham Əliyevin ona dediyi sözləri transfer eləyib Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Cəlilabad Regional İdarəsinin rəisi Alıcı Dilavərova (ad və familiya əməlli- başlı bazar ovqatı yaradır: daşınmaz əmlak bazarı- red.).

Alıcı Dilavər rayon məhkəməsinin sədri Ələjdər Ələkbərovla qırğına çıxıb. Əziz Əzizov (icra başçısı) sudan quru çıxmaq üçün bu iki nəfəri Kərəm Həsənovun baqajına yükləyib… Amma Kərəm Həsənov da Əiziz Əzizovu təhqir edib ki, «sənin barmağın olmasa, onlar bunu edə bilməzlər». Söhbət belə, qarışılqlı ittiham və söyüşlərin fırlanması şəklində davam edir. Əgər yaxın günlərdə bu videodakı şikayətin əlacı yeri ni tapsa, deməli bu söhbətlər doğrudur. Yox, məsələ həllini tapmasa, deməli bütün bu söhbətlər yalandır və biçarə şikayətçini aldadıb Cəlilabada gətirmək istəyirlər ki, burada ona həyatı başa salsınlar…

azerbaycansaati.tv