Şəhid əsgərin ikicə cümləlik həyatı…

Əsgər Xanəli Fəttayev Tovuzun Əlibəyli kəndində keşiyini çəkdiyi postda aldığı güllə yarasından bu gün dünyasını dəyişib…

Facebook statuslarından birini sizə təqdim edirik…“Hər səhər saat 5-6-da durar, belimdə çəkisi ağır, içi boş kitablarla dolu məktəb çantası, əlimdə 10-15 kilo yüklə düşərdim küçələrə. Ucuz qiymətə aıdığım sellofan paketləri dükanlara satıb sonra məktəbə gedərdim. Payız leysanının yaratdığı palçıqda, qışın şaxtasında hər gün davam edərdi bu. Özüm üçün bir saqqız belə almağa qıymırdım. Bacım evlənəcəkdi. Cehiz almağa kömək edirdim evə. Axı qardaş idim… “.

Alllah ona rəhmət etsin…

azerbaycansaati.tv