Əliyev Lavrovun açıqlamasına çox sərt cavab verdi!

Etiraf etmək lazımdır ki, məhz bu ərəfədə, bu sözləri İlham Əliyevdən gözləmək mümkün deyildi…

“Bakı yeni silahların alınması ilə bağlı Rusiya ilə danışıqlar aparır”. Bu sözləri Azərbaycan prezident İlham Əliyev Davosdakı Beynəlxalq İqtisadi Forum çərçivəsində “RİA Novosti”yə müsahibəsində deyib. Ölkə başçısı bildirib ki, yeni satışla bağlı danışıqlar aparılır. O, “Siz Rusiya hərbi sənayesinin nə qədər inkişaf etdiyini yaxşı bilirsiniz. Biz ən müasir silahlarla maraqlanırıq. Bura vertolyotlar, müdafiə sistemi- bütün kompleks daxildir. Bu, daimi prosesdir”, – deyə bildirib.

İlham Əliyev onu da qeyd edib ki, silah sahəsində Azərbaycan və Rusiya arasında yeni müqavilələrin bağlanması üçün yaxşı perspektivlər var: “Tarixi bilirsiniz, rəqəmlər açıqlanıb. Beş milyard dollarlıq müqavilələr imzalanıb və artıq onların əksəriyyəti reallaşıb”.

 Xatırladaq ki, iki gün öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağ probleminin Azərbaycanın daxili işi olmadığı haqda açıqlama verib. Azərbaycan cəmiyyəti, müxalifətin birləşdiyi Milli Şura bu açqlamanı ölkəmizin suveren hüquqlarına qəsd kimi dəyərləndirib və hökumətdən adekvat cavab verilməsi tələb edilib. Lakin İlham Əliyev bu dəfə də Azərbaycan cəmiyyətini təəccübləndirmək niyyətində olmadığını nümayiş etdirib. O, qonşu ölkənin təhdidlərinə “Bakı yeni silahların alınması ilə bağlı Rusiya ilə danışıqlar aparır” deməklə Rusiyadan çox qorxduğunu nümayiş etdirməyə üstünlük verib.