Benzinin qiyməti bicliklə qalxdı

Benzinin qiyməti qalxdı. Amma biclik eləyiblər. Əvvəlcə premium benzinin qiymətini qaldırıblar. Bundan istifadə edib digər məhsulların, o cümlədən ərzağın qiymətini qaldıracaqlar. Sonra da ustufca digər benzin çeşidlərinin qiyməti qalxacaq. Lap bu günlərdə.

Böhrandan şərəflə çıxışın adı budur. Bütün həyat göstəriciləri üzrə qiymətlərin qaldırılması. Son bir ildə ölkədə hər şeyin qiyməti 2 dəfə qalxıb. Manat iki dəfədən çox ucuzlaşıb. Amma prezident deyir ki, həyat səviyyəsi artılb. Maaşlara isə 6-7 faiz artım olub. Maaşların 6-7 faiz artımı barədə danışmaq bütün əhalini 60-70 faiz təhqir etmək deməkdir. Çünki, devalvasiya və qiymət artımları bundan onlarla dəfə artıq sürətlə şütüyüb. Proses isə davam edir. Benzinin qiymətinin qalxması yeni deqradasiya hədəfləri müəyyən edir. Qiymətlərin artımı qarşısıalınmaz prosesə çevrilir. İslahatlar isə olmayacaq. Çünki, prezident islahatlara hazır deyil. O, islahatları istəmir. Əvvəlki, köhnə qaydalarla idarə edə biləcəyinə əmindir.

azerbaycansaati.tv