Cənub Qaz Dəhlizinin borcu xərcini ödəmir

Məhəmməd Talıblı: «Neft-qaz gəlirlərinin əhəmiyyəti və gözqamaşdırıcı mərhələsi geridə qaldı»

Neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycanın gəlirlərinə ciddi təsir edərək ölkəni böhrana salıb. Maliyyə böhranı getdikcə daha da dərinləşməkdədir. Amma buna baxmayaraq hakimiyyət hazırkı durumda tələb olunan iqtisadi islahatları həyata keçirmir. Hökumətin addımlarından belə görünür ki, heç bu istiqamətdə addımlar gözlənilmir də.

Amma hakimiyyətin bəh-bəhlə təbliğatını qurduğu layihələr Azərbaycana gərəkən vəsaiti gətirmir.

Rəsmi məlumatlara görə, Azərbaycan perspektivdəÿ Cənub Qaz Dəhlizi (SGC) layihəsinin icrasındanÿ 30-50 mlrd. ABŞ dolları həcmində ÿmənfəət götürmək niyyətindədir. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “NaturalÿGasÿEurope” nəşrinə bildirilib.

Qurumun açıqlamasına görə, hətta ən pessimist proqnozlarla belə Azərbaycan qarşıdakı 25 il satış ÿvə alış müqavilələri müddətində 30 mlrd. dollar mənfəət əldə edəcək.

Qeyd edək ki, Azərbaycanın SGC-nin komponentləri olanÿ”Şahdəniz” layihəsində payı 16,7%, Trans-Anadolu Kəməri (TANAP) layihəsində 58%, Trans-Adriatik Kəməri (TAP) layihəsində payı ÿ20%-dir. Son rəqəmlərə görə, SGC-nin ümumi icra xərcləri 39,1 mlrd. dollar olacaq ki, bunun da 9 mlrd. dollarlıq hissəsi Azərbaycan ÿtərəfindən yatırılacaq.

“Bunun qarşılığında isə Azərbaycan 30-50 mlrd. dollar qazanmağı düşünür. Hətta qaz ixracı və tranzitindən gələn gəlirləri nəzərə almasaq və 2020-2030-cu illərdə neftin orta qiyməti 60 dollar/barrel olarsa, yalnız qaz kondensantından SGC-nin səhmdarları 26 mlrd. dollar qazanacaq. Əgər neftin qiymətiÿ 80 dollar/barrel olarsa, bu rəqəm 35 mlrd. dollar olacaq. Bu rəqəmlər yalnız 10 ilə aiddir, amma 25 il üçün həm də qaz gəlirləri, tranzit və vergi daxilolmaları da SGC-nin mənfəətinə əlavə olunacaq və bu rəqəm 30-50 mlrd. dollar civarında olacaq”- SOCAR-dan bildirilib.

Amma 25 il ərzində maksimum gələcək 50 milyard vəsait də kifayət deyil. Çünki bu vəsaitin bir hissəsi alınan borcların qaytarılmasına gedəcək. Azərbaycan hazırda bu layihənin reallaşdırılması üçün beynəlxalq maliyyə qurumlarından 10-12 milyard arası vəsait cəlb etməyə çalışır. Yerdə qalan vəsait isə Azərbaycanın xərcləri qarşılığında 25 illik müddət üçün olduqca kiçikdir.

Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, dünyadan neft və qazın qiymət səviyyəsi sürətlə dəyişdiyi üçün toplam gəlirin proqnozlaşdırılmasında hər zaman kənarçıxamalar olur. Ona görə, yaxın 10 illiklər ərzində dünyada qazın 1000 kubmetrinin neçə dollar olmasını söyləmək olmaz: “Ağlagəlməz qiymətə hazır olmalıyıq. Amma bütün bunlara rəğmən, biz yenə də pessimist ssenari üzrə gəlir həddini əsas götürməliyik. Amma çoxsaylı vədlərlər baxmayaraq Azərbaycan xalqı bilməlidir ki, neft-qaz gəlirlərinin əhəmiyyəti və gözqamaşdırıcı mərhələsi geridə qaldı. Heç zaman bütün mənbələr üzrə qaz gəlirlərimiz neftdən əldə olunmuş gəlirlərimizlə müqayisə oluna bilməyəcək”.

M.Talıblının sözlərinə görə, biz neft-qaz gəlirlərimiz pik həddindən enəndən sonra yox, ondan əvvəl islahatlar haqqında düşünməli idik ki, nəticələr ürəkaçan olsun: “Bundan sonra həyata keçiriləcək islahatların tezliyi və ruhu tamam başqa cür olmalıdır. Bu islahat qeyri-neft sektoruna xarici və daxili investisiyaların cəlb edilməsi olmalıdır”.