Azərbaycan hökuməti İtaliyada 2 milyon rüşvətlə yaxalandı

İtaliyadakı məşhur İl Fatto qəzeti yeni qalmaqal barədə yazı dərc edib. Bu dəfə rəsmi istintaq materiallarına əsasən.

Azərbaycan hökumətindən alınan 2 milyon 390 min evro həcmində rüşvət qalmaqalı! Milan prokurorların ittihamına görə deputat Luka Volonte bu qədər çirkli pulu ağartmaq istəyib və cinayəıt işi başlanıb. La Provincia qəzetində dərc edilən bu məhkəmə tarixçəsinin konturlarını anlamaq üçün biz bir qədər geriyə boylanmalıyıq.

2013- cü ildə yanvar ayının 23- də Avropa Şurasının Parlament Assambleyası Almaniyadan olan deputat Ştrasserin “Azərbaycanda 85 siyasi məhbus”la bağlı hesabatı 79 lehinə və 128 əleyhinə olmaqla qəbul edilmədi. Prokurorların ittihamına görə bu qərar o zamanlar İtaliya deputat heyətinin nümayəndəsi kimi Parlament Assambleyasının sədr müavini olan Luka Volontenin “xarici dövlətin siyasi maraqlarını qorumaq” məqsədilə iki milyon 390 min evro rüşvət alması hesabına təmin edilib.

Bundan əlavə, prokurorların ittihamında deyilir ki, bu rüşvət Azərbaycandakı Baktelekom MMC adlı telekommunikasiya şirkətinin kassasından mədaxil edilib. Pul köçürmələrində Britaniyanın Polux Management LP və Estoniyanın Danske Bankı iştirak edib.

Luka Volonteyə pulların təhvil verilməsində Azərbaycandan olan deputat Elxan Süleymanov və onun Müslüm Məmmədov kimi həmkarları vasitəçilik ediblər.

Yazının orijinalı buradadır…(http://www.ilfattoquotidiano.it/2016/06/25/corruzione-tangente-da-due-milioni-dallazerbaijan-indagato-a-milano-ex-udc-volonte/2859414/)