“Mən vəkilliyin şərəfini qorumuşam”

Vəkillər Kollegiyası Əlayif Həsənova qarşı ayrı-seçkiliyi necəəsaslandırmağa çalışır?

Hüquq müdafiəçisi Leyla Yunusun müdafiəçisi olmuş və həmin vaxtda da vəkillik fəaliyyətinə xitam verilmişƏlayif Həsənov bir daha bəyan edib ki, haqqını müdafiə etmək üçün sonadək mübarizə aparacaq. “Baxmayaraq ki, keçən dəfəemosiyaya qapılıb özümü yandıracağımı dedim, amma eləmərəm. Mən çox möhkəm adamam. Mən faktiki ayrı-seçkiliyə məruz qalmışam. Bu qanunsuzluğa qarşı da sonadək mübarizə aparmaq niyyətindəyəm. Mən vəkilliyin şərəfini qorumuşam”, – deyə Əlayif Həsənov Vəkillər Kollegiyasına qarşı iddiası üzrə bu gün 1 saylı Inzibati-Iqtisad Məhkəməsində keçirilən iclasda bildirib.

Əlayif Həsənova qarşı qərara kimlər “hə” deyib?

Məhkəmədə Vəkillər Kollegiyasının nümayəndəsi Altay Muradov bildirib ki, Rəyasət Heyətinin 13 üzvündən 11-i Əlayif Həsənovun məsələsinin müzakirə olunduğu iclasda iştirak edib və onlar yekdilliklə məhkumluğunu əsas gətirib, onun Kollegiyadan kənarlaşdırılmasına səs veriblər: “13 üzvdən biri Kamandar Nəsibov idi ki, o da həmin iclasdan əvvəl özü barəsində hökm qüvvəyə minəndən sonra öz ərizəsilə Rəyasət Heyətindən çıxmışdı. Qalan 12 nəfərdən Muxtar Mustafayev istisna olmaqla, digərləri iştirak edib və yekdilliklə bu qərara səs veriblər”.

Vəkil bu barədə protokolu da məhkəməyə təqdim edib.

Əlayif Həsənovun nümayəndəsi Xalid Bağırov isə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvlərindən biri olan Iradə Cavadovanın “Azadlıq” qəzetinə açıqlamasını məhkəməyə təqdim edib. Orada Iradə Cavadova bildirib ki, Əlayif Həsənovla bağlı məsələnin müzakirə olunduğu iclasda iştirak etməyib və orada nə baş verdiyi haqda da məlumatı yoxdur.

Xalid Bağırov bu ziddiyyətin araşdırılması üçün sözügedən 11 11 nəfərin hər birinin məhkəməyə çağırılıb dindirilməsi haqda vəsatət qaldırıb.

elayif_hesenov

Əlayif Həsənov da vəsatəti müdafiə edib: “Mənim yeganə istəyim məhkəmənin bu işləbağlı hərtərəfli araşdırma aparmasıdır. Belə çıxır ki, Vəkillər Kollegiyası məhkəməyəşübhəli sənəd təqdim edib”.

Altay Muradov isə vəsatətin təmin olunmasına ehtiyac görməyib: “Mətbuatda gedən yazı dezinformasiya da ola bilər. 11 nəfərin dindirilməsi yolverilməzdir. Qanunvericilik vəkillərin fəaliyyətinə müdaxiləni qadağan edir”.

Əlayif Həsənov və nümayəndələri isə bunun peşə fəaliyyətinə müdaxilə kimi qiymətləndirilməsinə etiraz edib.

Dəqiq bilirik ki, ümumiyyətlə, iclas keçirilməyib”

Əlayif Həsənovun digər nümayəndəsi Intiqam Əliyev ümumiyyətlə, belə bir iclasın keçirilmədiyini məhkəmənin nəzərinə çatdırıb: “Biz dəqiq bilirik ki, ümumiyyətlə, heç bir iclas keçirilməyib. Bu tip əvvəlki işlərdə də belə davranılıb. ”Azadlıq” o qəzetlərdən deyil ki, olmayan bir şeyi yazsın. Elə ona görə də adamların çağırılıb dindirilməsini istəmirlər ki, yalan üzə çıxa bilər”.

Amma məhkəmə vəsatəti təmin etməyib.

Xalid Bağırovun digər vəsatəti isə məhkumluğu olan, lakin Vəkillər Kollegiyasından kənarlaşdırılmayan digər vəkillərlə bağlı Rəyasət Heyətinin iclaslarının protokollarının məhkəməyə təqdim olunması haqda olub.

Vəkillər Kollegiyasının təmsilçisi bildirib ki, qanunda məhkumluğa görə vəkillik fəaliyyətinə xitam verilməsini nəzərdə tutan norma imperativ tələb deyil. Yəni Rəyasət Heyətinin üzvləri özləri buna qərar verir: “Görünür, Kamandar Nəsibovda cəriməcəzası olduğuna, Ramiz Zeynalov isə ehtiyatsızlıqdan törədilmiş əmələ – yol qəzasına görə məhkum edildiyinə görə Rəyasət Heyətinin üzvləri onları Kollegiyadan uzaqlaşdırmağı məqbul saymayıb. Onlar niyə belə edib – bunu mən dəqiq deyəbilmərəm. Rəyasət Heyətinin üzvləri müstəqildir və özləri buna qərar verir. Məhkum olunmuş digər vəkillərlə bağlı ümumiyyətlə, Rəyasət Heyətinin iclasının keçirilib-keçirilmədiyi barədə isə məndə heç bir məlumat yoxdur”.

Hakim bu vəsatəti də təmin etməyib.

Xalid Bağırovun üçüncü vəsatəti Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi barədə olub. Qeyd edib ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 8-ci və23-cü maddələri arasında ziddiyyət var. Konstitusiya Məhkəməsi bu məsələyə aydınlıq gətirməlidir.

Məhkəmə üçüncü vəsatəti də təmin etməyib və növbəti iclas iyulun 14-nə təyin olunub.

Xatırladaq ki, Əlayif Həsənovun barəsində Leyla Yunusun Kürdəxanı təcridxanasında kamera yoldaşı olmuş Nuriyyə Hüseynovanın iddiası əsasında Yasamal Rayon Məhkəməsində hökm çıxarılıb. Leyla Yunus vəkili vasitəsilə ictimaiyyətəaçıqlamasında əvvəllər də məhkum olunmuş Nuriyyə Hüseynovanın onun saxlanıldığı kameraya məqsədli şəkildə salındığını, bu qadın tərəfindən döyüldüyünü bildirmişdi. Nuriyyə Hüseynova buna görə vəkili məhkəməyə verib və Əlayif Həsənov CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə təqsirli bilinərək, ictimai işlər cəzasına məhkum edilib. Bu hökmü əsas gətirərək, onu kollegiyadan uzaqlaşdırıblar.

Amma Əlayif Həsənov həm hökmü, həm də Vəkillər Kollegiyasından kənarlaşdırılmasını siyasi sifarişin nəticəsi kimi qiymətləndirir. Hesab edir ki, ona qarşı baş verənlər siyasi məhbusları müdafiə edən, ölkədə məhkəmə sistemini tənqid edən vəkillərə qarşı təzyiqlərin tərkib hissəsidir.

Əlayif Həsənov keçmiş vicdan məhbuslarından Leyla Yunusla yanaşı, həm də“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin, blogger Ömər Məmmədov vədigərlərinin müdafiəçisi olub.

Son bir neçə ildə ölkənin tanınmış bir neçə vəkili, o cümlədən Elçin Namazov, Aslan Ismayılov, Xalid Bağırov, Müzəffər Baxışov və digərləri Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.

Aytən