,,Juçok adamlar,, ələ keçirilib

Azərbaycanda maraqlı hadisə baş verib. Bir tərəfdən, ailə biznesini nəyin bahasına olursa-olsun, böhrandan qorumaq üçün önəmli tədbirlər haqqında düşünən prezident Əliyev daha bir qara xəbərlə üzləşib. Belə ki, bir qolu Azərbaycanda olan böyük bir transmilli dəstə hakim ailəyə məxsus olan biznes imperiyasının şirkətlərindən külli miqdarda pul transferləri ediblər. Bu prosesin iki ilə yaxındır ki, davam etdiyi bildirilir və ailə biznesindən aparılan məbləğin bir neçə milyard dollara bərabər olduğu deyilir. Maraqlıdır ki, bu qədər böyük məbləğdə oğurluq hadisəsindən yalnız bu yaxınlarda xəbər tutublar.

Xəbər tam məxfi saxlanılır və məqsəd, əlbəttə ki, şəbəkəyə daxil olan başqalarının yaxalanması üçün əməliyyatların aparılmasıdır. Bu günlərdə İspaniyada yaxalanan və Akula Akif olduğu deyilən şəxsin də bu şəbəkəyə daxil olduğu ehtimal edilir.

azerbaycansaati.tv