Buxarestdən Heydər Əliyev sürprizi gözlənilir

Rumıniya paytaxtından azerbaycansaati.tv- nin poçtuna maraqlı məlumat daxil olub. Məlumat ,,Gənc Rumın bloqerlər,, adlı ictimai birliyin adından daxil olub. Rumın bloqerlər Azərbaycanda Heydər Əliyevin heykəlini yazdığına görə 10 il azadlıqdan məhrum edilən Qiyas İbrahimə həmrəylik ifadə edirlər. Onlar növbəti məhkəmə mərhələsini gözlədiklərini yazırlar. ,,Əgər növbəti instansiya məhkəməsi bu absurd hökmü qüvvədə saxlasa, o zaman biz biləcəyik ki, bu heykəl azadlıqların qənimidir və onunla bağlı müxtəlif tədbirlər planlaşdıracağıq,,. Rumın bloqerlər paytaxt Buxarestdə Heydər Əliyevin heykəli ətrafında aksiyalar təşkil edəcəklərini və onun üstünü Qiyas İbrahimin şəkillləri ilə bəzəyəcəklərini bildiriblər.

ruminiyaqiyas

Gənc bloqerlər və rumıniyalı aktivistlər ,,heykəl-şəkil,, aksiyasının başlanğıc tədbirlər olduğunu bildirirlər. Daha sonrakı mərhələdə isə başqa sürprizlərin olacağını qeyd edirlər.

Qeyd edək ki, Rumıniyada belə bir ictimai birliyin mövcudluğu barədə xəbəri dəqiqləşdirə bilmədik.

azerbaycansaati.tv