Naxçıvandakı qızıl teşt

 

Elman Abbasov

Ümid Partiyası sədrinin Mətbuat və informasiya üzrə müavini

Plan dövlət qanunudur bilir hamı, amma adamsız nə plan, nə dolum.. … Yəqin ki, çoxlarınız R.Rızanın 1957-ci ildə yazdığı “Sarı dana ” poemasını xatırlayır. Fermada dövlətdən qorxub xəstə danaya qulluq edən sağıcı öz xəstə övladını itirir…. Bir neçə gün əvvəl bir qrup media rəhbəri Naxçıvana səfərə getmişdi. Onlar səfərə gedən gün sosial şəbəkədə yazmışdım ki, media kapitanları qayıtdıqdan sonra Naxçıvanın gözəlliyindən, abadlıq işlərindən, yaşayışın yüksək olmasından, təmizliyindən, tarixi abidələrdən, və s. geninə-boluna danışacaqlar. Amma insanların real həyat şəraitindən, insan haqlarından, Naxçıvanın boşalmasından, polis rejimindən bircə kəlmə deməyəcəklər və yazmayacaqlar. Çünki çox yaxşı qarşılanacaqlar, tarixi abidələri ziyarət edəcəklər, qrafikdən kənara çıxmayacaqlar,sərbəst gəzməyəcəklər, əhali ilə görüşməyəcəklər, görüşsələr də xüsusi təlimatlandırılmış adamlarla..Bir sözlə xoş təssüratla, bəh-bəhlə qaydacaqlar. Yazdıqlarım özünü doğrultdu. Bir neçə gündür media nümayəndələri Naxçıvanı vəsf etməkdən yorulmurlar. Danışdıqlarının isə hamısı demək olar ki, məzmun və mahiyyət etibarı ilə bir-birini tamamlayır. Heç yazmaq, qatışmaq istəməzdim. Amma həmiyerlim “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin yazdığı bəzi nüanslara rast gəlməsəyidim. Qeyd edim ki, həqiqətən də Naxçıvanın zahiri görünüşü çox dəyişib, abadlıq da var, gözəllik də, yollar da dümdüzdür, yaşıllıqlar, parklar da salınıb,tarixi abidələrimiz, ziyarətgahlarımız, gəzib görməli yerlərimiz də ki, öz yerində, işıq da var, qaz da. Bu çox gözəl… Axı, bu gözəllik, bu abadlıq xalq üçün, xalqın xöşbəxtliyi üçün olmalıdır? Xalq xoşbəxt yaşamırsa bu gözəllik, “neynirəm o qızıl teşti ki, içinə qan qusum” məsəlindən o tərəfə keçmir. Bir sıra məsələlərə yeri gəldikcə toxunacağıq, hələlik isə Aydın Quliyevin yazısındakı bəzi məqamlara toxunmaq istəyirəm. Əslən Naxçıvanın Cəhri kəndindən olan hörmətli Aydın müəllim yazır ki, Nax­çı­van­la bağ­lı, xü­su­si­lə də in­ter­net me­di­a­da rast gə­li­nən bir­tə­rəf­li, qə­rəz­li və qa­ra­la­yı­cı xə­bər və şərhlər­dən yer­li in­san­lar­da­kı na­ra­hat­lı­ğı gör­dük. Əl­bət­tə, heç on­lar da, biz­lər də o id­di­a­da de­yi­lik ki, Nax­çı­van “Ne­va Pros­pek­ti” ki­mi düm­düz­dü və heç bir əyər-əs­ki­yi yox­du. An­caq bu in­san­la­rın na­ra­hat­lı­ğı ilə müt­ləq ra­zı­laş­ma­lı olur­san.

Aydın müəllim hansı insanlarla görüşüb? Bu insanların narazılığı nədəndir? Axı, bu günə qədər hörmətli baş redaktorun toxunduğu Naxçıvanın abadlığı ilə bağlı heç bir tənqidi yazı yazılmayıb. Olsa-olsa son vaxtlar iqtisadçı Nazim Məmmədovun büdcə ilə bağlı bir tənqidi yazısı mətbuatda getmişdi ki, onu da bəlli adamlar sağdan, soldan topa vurdular, yazmadıqlarını buraxmadılar. Xatırladım ki, Naxçıvanla bağlı tənqidi yazılar, insan haqları, söz və mətbuat sahəsində olan qüsurlar,baş verən məmur özbaşınalığı, polis rejimi, sərt idarəçilik, mülkiyyət hüqunun pozulması, miqrasiya və s. mövzularda olub. Əgər, mövzu bu olubsa nədən aydın müəllimin görüşdüyü insanlar narahatlıq keçiriblər? Bəlkə heç aydın müəllim dövlət məmurlarından başqa heç kimlə görüşməyib? Əminəm ki, bu belədir. Görəsən aydın müəllim öz doğulduğu kəndə gedibmi? Gedibsə, sıradan bir Ümbülnisə xanımın, Fatmanisə nənənin, Ədülhəsən əminin qapısını döyüb, nə yediyini,nə içtiyini, hansı problemləri olduğunu soruşubmu? Aydın müəllimin kəndindən nə qədər insanın Bakıda, uçuq sökük kirayə evlərdə yaşamasından xəbəri varmı?

Aydın müəllim yazır ki, Naxçıvanla bağlı, xüsusilə də internet mediada rast gəlinən birtərəfli, qərəzli və qaralayıcı xəbər və şərhlərdən yerli insanlardakı narahatlığı gördük? Görəsən Aydın müəllim qərəzli, birtərəfli,qaralama yazı deyəndə nəyi nəzərdə tutur? Yoxasa, 2007-ci ildə Həkimeldostu Mehdiyevin Azadlıq Radiosuna verdiyi müsahibəyə görə təcridxanaya salınıb, MR-in yüsək vəzifəliləri tərəfindən döyülərək qabırğalarının sındırılmasını, ya 2014-cü ildə jurnalist və hüquq müdafəçisi İlqar Nəsibovun vəhşicəsinə döydürlməsini, 2011-ci ilin avqust ayında MTN-in təcridxanasında Turac Zeynalovun öldürülməsini, yoxsa 2012-ci ilin dekabrında iş adamı Məhəmməd Qurbanovun başına gətirlənlərimi və ya sədərəkli 72 yaşlı Ələsgər İsmayılovun, 81 yaşlı İsmayıl Hüseynovun, iş adamı Məhəmməd Qurbanaovun və digər insanların şikayət etdikləri üçün Naxçıvan Psixoloji Dispanserina yatırılmalarınımı, ya Daxili İşlər nazirinin insanları kabinetində döyməsi, kəlbətinlə dırnaqlarını çəkməsimi?? Bu faktları istənilən qədər uzatmaq olar. Hörmətli Aydın müəllim sonra yazır ki, bugünkü Naxçıvan yerlilərin əsaslı şəkildə tənqidlə qarşıladıqları qərəzli yazılarda göstərildiyi kimi deyil axı… Belə olsa, bizim ünsiyyətdə olduğumuz canlı insanlardan başqa, abadlaşdırılmış cansız küçə və parklar, salınmış yaşıllıqlar, adamın ölübqalmaq istədiyi yüksək şəkildə abadlaşdırılmış keçmiş xarabalıqlar, səliqəli daş döşənmiş ziyarətgahlar, müxtəlif ölkələrin arxiv və toz basmış künc-bucaqların-dan “minbir” əziyyətlə gətirilərək milli şərəf tariximizin şahidlərinə çevrilmiş muzey eksponatları, 2 min metr hündürlükdə tarixi Əlincə qalasının başında ateşşək gücünə qaldırılaraq daş döşəmələrdən yaradılmış əzəmətli Bayraq meydanı, 150-200 metrlik dağın altında yüz metrlərlə üfüqi dərinliklərə işləmiş məşhur “Duz dağı”nın super cəlbedici tərtibatı, daha nələr, nələrsə canlılar kimi dil açıb etiraz edər, yazısı ilə qərəz püskürənlərə “qızıl balans” prinsipini unutma və bir az ədalətli ol” deyər, deyəcək də… Bəli, hörmətli baş redaktor bir az ədalətli olmaq lazımdır. O meydanlar, o parklar, o binalar dil açsaydılar o haqsızlığa, o ədalətsizliyə etiraz edib hayqırardılar.Nalə çəkib deyərdilər ki, onların ərsəyə gəlməsi nələrə, nələrə başa gəlib. Söyləyərdilər ki, insanların qanı və canı bahasına başa gəlib. Həm dövlət büdcəsi talanıb, həm də yaşıllıqların əmələ gəlməsində əhəmiyyətli rol oynayan iməcliklərdə, yayın cırhacırında, 40 dərəcədən yüksək istilikdə işləyərkən neçə müəllim ürək tutmasından vəfat edib, neçə ağır xəstə xəstəxanaya gətirildiyində həkim yerində yox, iməciliklərdə olması səbəbindən vəfat edib. Yaşıllıqdan söhbət düşmüşkən, Aydın müəllimə Naxçıvanda olan qoca çinarları xatırlatmaq istəyirəm. Digər həmkarlarım bilməsə də, baş redaktor yaxşı bilir ki, Naxçıvan şəhərinin mərkəzində əsrlərin yadigarı, 100 illərin tarixinə şahidlik edən qoca çinarlar var idi. O, qoca çinarlar indi yoxdur. Sordunuzmu o çinarlara nə oldu? Sormadınızsa, mən deyim. Təmir olunan binaların fasadı görünsün deyə, qoca çinarları və digər yaşlı ağacları qurban etdilər. Kəsilən ağacların yerinə isə Naxçıvanın təbiətinə uyğunlaşmayan şam ağacı əkdilər, süni parıltı yaratdılar. Hansı ki, o şam ağaclarının hər birinə dövlət büdcədindən 300-350 manat pul ayrılır. O şam ağaclarının bir çoxu isə sonradan tutmur, saralır. Respublika rəhbərliyi görməsin deyə, onları hər dəfə başqası ilə əvəzləyirlər Yolllardan söhbət düşmüşkən də bəzi xatırlatmalar etməyi düşünürəm. Oxucular elə başa düşməsin ki, biz abadlığın,gözəlliyin, gözəlləşmənin, inkişafın əleyhinəyik, əsla.. amma bu abadlıq insanlara ziyan vurmamalıdır, insanlara ziyan vuranda isə kompensasiyası ödənməlidir. 2010-cu ilin əvvəlində Naxçıvan-Sədərk magistral yolunun açlışı oldu. Yol çəkilərkən yüzlərlə ailənin həyatyanı sahəsi, yardımçı təsərrüfatları, bəzilərinin yaşayış mənzillərinin bir hissəsi həmin əraziyə düşdüyü üçün dağıdıldı. Sakinlərə küllü miqdarda ziyan dəydi, kimsəyə kompensasiya ödənmədi, haqqını tələb edənlər isə polislə hədələndi və susturuldu. Sona dək haqqını tələb edən bircə nəfər-şərur rayon Zeyvə kənd sakini Nazim Mahmudov oldu ki, onun da başına gətirilməyənlər qalmadı.Təhdid olundu, təzyiqə məruz qaldı, sonda ötən il həbs etdilər. Şərur rayonunun keçmiş polis rəisi və MR DİN-in iki nəfər yüksək vəzifəli şəxsi onu “Cin dərəsi” adlanan əraziyə aparıb, ayaqlarından asdılar. Günlərlə ac-susuz buraxdılar, işgəncə verdilər. Bunlardan xəbəriniz varm? Bəzi həmkarlarım tikilən yaraşıqlı binalardan,villalardan, lükus otellərdən, otellərdəki xidmətlərdən ağız dolusu danışırlar.

redds

Cənablar, bircə dəfə sordunuzmu, qaldığınız və digər lüks otrllər, dəbdəbəli əyləncə mərkəzləri, restoranlar, villalar, “petrol” ofisləri kimə məxsusdur? Bu xalqa aid nəsə varmı, sordunuzmu? Sormadınız, əlbətdə… Ya bildiyiniz üçün sormadınız, ya da soruşmağa ürək etmədiniz. Onların kimə məxsus olduğunu sadalayıb vaxtınızı almaq istəmirəm. Təkcə bircə fatktı nəzərinizə çatdırmaq istəyirəm ki, Sovet dövründən qalma 13 mərtəbəli “Təbriz”oteli 2000-ci ilin əvvəllərində hərraca çıxarılaraq o vaxtki pulla 25 min manata Naxçıvan rəhbərliyinə ən yaxın şəxslərdən birinin adına sənədləşdirilib. Naxçıvanın adablaşdırılmasına 90-cı illərin sonu 2000-ci ilərin əvvəllərində şəhər və rayon mərkəzlərinə kələ-kötür sal daşları döşəməklə başlanıb. O sal daşlar ki, vaxtı ilə insanlar tövlələrə mal-qaranın ayaqları altına döşəyirdilər. Daşlarda radiassiya olması ilə bağlı mütəxəsislər uzun müddət həyacan təbili çaldılar. O, daşlar döşənməsi bilirmisiniz neçəyə başa gəlirdi? Hər kvadratmetri ABŞ dolları ilə 7-10 dollara. Beləcə rəhbərlikdə olan bir nəfərə aid şirkət dövlətin milyonlarını göyə sovurdu. Bir neçə ildən sonra isə daşlar sökülüb, yeni kərpiclərlə əvəzləndi. Biz deyirik ki, Naxçıvanda ciddi miqrasiya problemi var. Insanlar MR- kütləvi tərk edib və edir. Təkcə bir faktı nəzərinizə çatdırım ki, bir neçə il əvvəl miqrasiya ilə bağlı reportaj hazırlamışdıq. Şərur rayonunun Yenicə kəndində 1250 evdən, hardasa 300 evdə yaşayış var idi.Qalanlarının darvazasına böyük qıfılar asılmışdı.Bunu bütün rayonlara şamil etmək olar. Acı olsa da, bu bir həqiqətdir. İşsizlik, səfalət, idarəetmənin sərtliyi, təzyiqlər vətəndaşları müxtəlif yerlərə və ölkələrə-mərkəz Bakıya, Rusiyaya, Avropaya, əsasən də Türkiyəyə köç etməyə məcbur edir. Artıq Türkiyədə naxçıvanlıların məhllələri yaranıb, orada toy edir, ölülərinə yas saxlayırlar. Bir çoxu qaçaq yaşadığı üçün atasının,anasının, doğmalarının yas mərasiminə belə gəlib-gedə bilmir. Hər il minlərlə uşaq Türkiyədə doğulur. Sadəcə MR Ədliyyə Nazirliyində sənd alınır, sənədləşdirilir. O, uşaqların çoxu vətənə dönə bilmədiyi üçün məktəbə belə gedə bilmir, təhsilsiz qalırlar. Orada doğulan uşaqlar sonradan ölkəyə dönmək belə istəmirlər. Deyəcəksiniz ki, miqrasiya dünya problemidir. Bəli, məndə razılaşıram. Köç edənlər əsasən geridə qalmış, 3-cü ölkələrin vətəndaşlarıdır.Onlar gözəllik axtarışında deyil, yaxşı, firəvan,azad yaşamaq axtarışındadırlar.Gözəllik, abadlıq axtarışında olsa idilər sizlərin dediyinə görə, Avropanı deyil, Naxçıvanı seçməli idilər. İnsanlar həyat tərzi, yaşamı o yaranan gözəllikdən istifadə etməyə imkan vermirsə, başdan-başa gülüstan da onlar üçün cəhənnəmdir. Yazırsınız ki, “illər öncə Afrika ölkələrindən birinə səfir göndərilmiş Türkiyənin Naxçıvandakı konsulunun Muxtar Respublikanı tərk edərkən müsahi-bəsində dediyi bir cümləni xatırla¬dım: “Vəsiyyət edəcəyəm ki, öləndə məni qaytarıb Naxçıvanda dəfn etsinlər”. Yerli camaat deyir ki, indi Naxçıvanda dələduzluq, xuliqanlıq, oğurluq, yol qəzaları kimi xırda cinayətlərin kökü kəsilib, ağır cinayət halları baş verəndə isə bütün Respublikanı təəccüb bürüyür. İnsanların təhlükəsiz yaşadığı bu bölgədə ölülərin də rahat yatmasına güvənən türk konsulunun qəribə arzusuna haqq verdim…”.

Əvvəla yuxarıda qeyd etdiyim kimi, Naxçıvanda 450 minə yaxın əhalinin yarıdan da az hissəsi yaşayır. Yəqin ki, hörmətli qonaqlar şəhər, rayon mərkəzindəki sükunəti hiss etməmiş deyillər. Ikincisi, bütün hər yer kameralaşdırılıb. Üçüncüsü, əhalidə oğurlayacaq bir şey varmı ki, oğurlasınlar? Dördümcüsü, satatistikada cinayətlərin sayı az göstərilsin deyə baş verən cinayətlərin çoxu pul müqabilində qapadılır.Bundan başqa bütü pul gətirən sahələr ağalara məxsus olduğu üçün oğurlanacaq şeylər də onlardadır. Onların isə malını kimsə risq edib oğurlaya bilməz. Xuliqanlıq ona görə yoxdur ki, həm yuxarıda sadaladığım səbəb var, həm də kasıb bilir ki, polisə verəcək pulu, işgəncəyə dözəcək canı yoxdur. Bir gün Naxçıvana beynəlxalq təşkilatları təmsil edən bir qonaq gəlir. Muxra Respublikanı tanış etmək işi Naxçıvan rəhbərliyinə çox yaxın, yüksək vəzifə tutan birinə tapşırırlar. Gəzdikcə qonağa yol kənarlarındakı villalar, restoranlar,obyektlər, otellər, şirkət və holdinqlər göstərilir və kimlərə məxsus olduğu bildirlir. Sonda qonaq dözə bilməyib soruşur: “Göstərdiklərinizin hamısı nazirlərə aiddir. Bəs bu xalqa məxsus nəsə varmı, burada? Bu zaman maşınla şəhər qəbristanlığının yanından keçirlərmiş. Bələdçi az fikirləşir, əli ilə qəbristanlığı göstərib deyir: “ Var bəli, qəbrstanlıq, xalqa məxsus olan yalnız qəbristanlıqdır”.

P.S. Hər şey insan üçündür.Çalışaq qədim yurdumuzda gözəl küçələr, səliqəli xiyabanlarda insanlar gözəl yaşasın- azad, qorxusuz, hürküsüz. Doğma elini qoyub Bakının kəndlərində uçuq-sökük daxmalarda kirayə qalmasınlar.