AŞPA önündə vicdan məhbuslarına azadlıq aksiyası VİDEO

İyunun 21-də Strasburqda bir qrup hüquq müdafiəçisi, azərbaycanlı mühacirlər Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası keçirilən binanın qarşısında aksiya keçiriblər.

İştirakçılar əsasən Respublikaçı Alternativ (REAL) Hərəkatının həbsdə olan rəhbəri İlqar Məmmədovla bağlı şüarlar səsləndiriblər.

İştirakçıların əyinlərində İ.Məmmədovun şəkli olan köynəklər olub.

 aspa-aksiya-azerb-muhacir

Aksiyaya qatılanlar eləcə də «vicdan məhbusları» elan edilən gənc fəallar Qiyas İbrahimovun, Bayram Məmmədovun, ilahiyyatçı Taleh Bağırzadənin azad olunmasını tələb ediblər.

Etiraz aksiyasına ötən ay Rusiyanın öz ölkəsinə verdiyi ukraynalı pilot Nadia Savchenko da qatılıb. O öz çıxışında deyib ki, inkişaf etmiş ölkələrdə insanları siyasi əqidəsinə, baxışlarına görə həbs etmirlər, orda «siyasi məhbus»lar yoxdur.

«Biz çalışmalıyıq ki, bizim ölkələrimizdə də belə olsun», – Savchenko deyib.