AND demokratik dünyadan nəyi tələb edir?

AND hərəkatının Azərbaycanda referendumla bağlı bəyanatı

Sentyabrın 26- da Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirildi.

Azərbaycan Naminə Demokratiya hərəkatı Bu Konstitusiya dəyişiklikləri ilə bağlı Avropa Şurası Venesiya Komissiyasının 21 sentyabr 2016- cı il tarixli ilkin rəyini alqışlayır, eyni zamanda Avropa Şurasının və ATƏT-in üzvü olaraq Azərbaycan hökumətinin götürdüyü öhdəliyə baxmayaraq, bu dəyişikliklərlə bağlı ATƏT və Venesiya komissiyasiı ilə referenduma qədər məsləhətləşmələr aparmadığından təəssüfləndiyini bildirir.

AND dərin narahatlıqla bildirir ki, Azərbaycan hakimiyyəti bundan əvvəlki bütün hallarda olduğu kimi referendumu müşahidə etmək üçün AŞPA dan kürü diplomatiyasına yoluxdura bildiyi deputatlardan ibarət bir qrupu dəvət edərək yerli mətbuatda onların referendumun nəticələri ilə bağlı şəxsi mülahizələrini Avropa Birliyinin və AŞPA-nın qiymətləndirməsi kimi ictimai rəyə sırımağa çalışır.

AND bildirir ki, bu cür şəxsi səfərlər və şəxsi bəyanatlar AŞ PA-nın imicini daha artıq ləkələyir. AND Venesiya Komissiyasının bu mövqeyini bölüşür ki, bu dəyişikliklər hakimiyyət balansının ciddi şəkildə pozuntusudur və pörezidentə misli görünməmiş səlahiyyətlər verir.

AND təəssüf edir ki, Azərbaycan hakimiyyəti Konstitusiyanın ruhunu və məntiqini təhrif edən bu dəyişikliklərin zəruriliyini Azərbaycan xalqına əsaslandıra bilməyib.

AND təəssüflə bildirir ki, Azərbaycan hakimiyyəti referenduma qədər, referendum günü və sonrakı günlər də daxil olmaqla repressiyaları şiddətləndirib, təqib və qorxutma kampaniyasını genişləndirib və bu qanunsuzluqlar davam edir.

AND qeyd edir ki, Azərbaycanda Demokratiq Qüvvələrin Milli Şurası, eləcə də Müsavat partiyası və başqa ictimai- siyasi qüvvələr bu referendumu boykot ediblər, onun nəticələrini tanımırlar.

AND təəssüflə bildirir ki, referendumda səsvermə hüququ olan vətəndaşların 10 faizindən də aşağı səsvermə səviyyəsi qeydə alınmasına baxmayaraq, Mərkəzi Seçki Komissiyası saxtalaşdırılmış nəticələrə əsaslanaraq 90 faizdən yuxarı səsvermə fəallığının olduğunu bildirib.

AND dərin təəssüflə bildirir ki, əvvəlki seçkilərdə olduğu kimi 26 sentyabr səsverməsi zamanı da Azərbaycanda səsverməni təşkil edənlər xüsusi təşkil edilmiş eyni qrupların çoxlu sayda fərqli məntəqələrdə səsverməsi yolu seçki karuselləri yaratmaq təcrübəsindən yararlanmışlar.

AND birmənalı olaraq bildirir ki, referendum azad və ədalətli olmayıb.

AND bəyan edir ki, yüzlərlə sübutlar, o cümlədən ən müxtəlif məntəqlərdən götürülən video süjetlər təsdiq edir ki, səsvermə prosesi tamamilə saxtalaşdırılıb və bu da o nəticəni doğurur ki, faktiki olaraq, referendum baş tutmayıb.

AND Azərbaycandakı bütün demokratik qüvvələrin adından tələb edir ki, bu saxta referendumun nəticələrini tanımasınlar və öz mövqelərini bəyan etsinlər.

AND Azərbaycan hakimiyyətini dövlətin beynəlxalq öhdəlikləri ilə ziddiyət təşkil edən bu cür davranışlardan əl çəkməyə çağırır.

27 sentyab 2016- cı il,

Strasburq

Qeyd. Bu bəyanatın orijinalı ingilis dilindədir və bütün beynəlxalq təşkilatlara, Avropa dövlətlərinin uyğun strukturlarına göndərilib.