Səyavuş Novruzovun medal aldığı ölkədən daha bir sürpriz (video)

Sentyabrın 29-da Peterburqda, Rus muzeylərinin anası olan Ermitaj muzeyində Numizmatika üzrə elmi konfrans keçiriləcək. Bu konfransa erməni tarixçi Aleksandr Akopyan ermənilərə məxsus olduğunu iddia etdiyi Gəncə, Qarabağ, Yerevan və Naxçıvan xanlıqlarının pul zərbxanaları və rəsmi sikkələri haqqında mühazirə oxuyacaq.

Prinsipcə, bu məlumatı İlham Əliyevin də oxuması və bu videoya baxması məsləhətdir. O, Vladimir Putinə də heydər Əliyev ordeni verib və üstündən də Putinə illik kontribusiya ödəyir. (Silah- sursat alışı adı ilə). Baş nazirin müavini Yaqub Eyyubov da oxumalı və baxmalıdır, çünki o da ruslardan ordenlər alıb. Rusiyada yaşayan azərbaycanlı milyarderlərin isə kül başına olsun, çünki onlar bu cür söhbətlərdə, ümumiyyətlə, inək kimi davranırlar və belə şeylərin onlara heç bir dəxli yoxdur. Amma videoya siz də baxın və bütün rusbaşlara göstərin.