And için ki, bu əsgərin meyitini ailəsinə verəcəksiz!

Bu əsgər hal-hazırda Bakıda hərbi qospitalda, 2- cı korpusun nevroloji şöbəsində müalicədədir. Onun əlbəttə birdəfəlik müalicəsi mümkün deyil, üstəlik Bakıda və hərbi qospitalda.

esger2 esger3

Bu əsgər Quliyev Yaqub Yevlax rayonunun Hərbi komissarlığından əsgərliyə aparılıb. 1998- ci il təvəllüdlüdür. O, 8 yaşında qəzaya düşüb nəticədə beynində travma yaranıb, durduğu yerdə sudurğa tutur, dili qatlanır, sağ qolu açılmır, qabırğaları normal formada deyil və önə çıxıntılıdır. Hətta ötəri zahiri müşahidə də onun hərbi xidmətə tam yararsız olduğunu söyləməyə imkan verir. Amma Yevlax hərbi komissarlığındakı bioloji varlıqlar 2016- cı ilin iyul ayının 4-də onu yararlı hesab edərək hərbi xidmətə yollayıbılar.

Təsəvvür edə bilirsinizmi ki,  əsgər Quliyev Yaqub arxa cəbhədə də deyil, ön cəbhədə xidmətə yollanılıb. Ön xətdə, təmas xəttində, səngərdə xidmət üçün göndərilib. 

esger1

Cəmi 3 aydır ki, əsgərliyə çağırılan Yaqub Quliyevi, yaxşı ki, hərbi hissədən hospitala göndəriblər. Hospitalın həkimləri isə onu bir müddət burada saxlayıb geriyə hərbi hissəyə yollayacaqlar. Axı, orduya yararsızlıq sənədi vermək üçün pul alınmalıdır. Yaqub Quliyev isə kasıb ailədəndir və rüşvət üçün pul tapmayacaq.

Zakir Həsənov Beyləqana, təmas xəttinə gedəndə bu əsgəri tapıb onunla da çörək kəsməli və kəsdiyi çörəyə and içməlidir ki, Yaqub Quliyevin meyitini ailəsinə qaytaracaq. Müdafiə naziri Zakir Həsənovu  nəzərdə tuturuq.

azerbaycansaati.tv