Pedro Aqramuntun gənc versiyası işə salınıb

 

Bu günlərdə Bakıda olan Avropa Parlamentinin sədr müavini Riçard Çarnetskinin səfərin yekunları ilə bağlı açıqlama verdiyi bildirilir. Rəsmi qaynaqlardan yayılan xəbərlərdə bildirilir ki, R. Çarnetski Azərbaycan hökumətinin Venesiya Komissiyası ilə Konstitusiya islahatları mövzusunda sıx əməkdaşlıq edəcəyinə ümid bəslədiyini bildirib: “Bütün tərəflər və müxtəlif siyasi partiyaların liderləri, nəzərdə tutulmuş dəyişikliklərin qəbul ediləcəyi təqdirdə, demokratik iştirak və təmsilçiliyin artacağını, eləcə də dövlət administrasiyasının fəaliyyətinin daha səmərəli olacağını gözləyir. Ölkədə mühit sabit və dinc, referendumqabağı vəziyyət sakitdir. 26 sentyabr referendumunun nəticələrinin Azərbaycan xalqının iradəsinin həqiqi və demokratik ifadəsi olacağına inanırıq”.

Bu prinsipsiz bəyanat AND-ın diqqətini çəkib. İndi həmin bəyanatın nə qədər gerçək olduğu ilə bağlı gərəkli araşdırma aparılır. AND bəyan edir ki,cənab Çarnetskinin bu bəyanatı Avropa Parlamentinin dəyərləriylə uyğunsuzluq təşkil edir və ona görə də AND bu məsələni AP rəhbərliyinin diqqətinə çatdıracaq.

Əgər cənab Çarnetskinin bu Pedrovarı bəyanatı həqiqətən olubsa, o halda Polşa ictimaiyyətinə və siyasilərinə kəsif kürü iyindən uzaqda dayanmaq tövsiyyə ediləcək.

azerbaycansaati.tv