“Azәr İsra” adlı əsrarəngiz dələduzluq yuvası

Çox maraqlı bir hadisəni sizə nəql edəcəyəm. Bakıda çox səsli bir adla, Azər-İsra adlanan tibb mərkəzi var. Həmin tibb mərkəzinin sahibi özünü yəhudi adlandıran Aleksander Şapiro Sulimanddır. Çox təmtəraqlı da bir təqdimatı var-CIPDH (Beynəlxalq İnsan Hüquqları Mühafizə Komissiyasının) eksperti, Sülhməramlı səfir, İşadamı, Dr. Aleksander Şapiro Suliman! (bezdik bu xoşməramlılardan, sülhməramlılardan…).

Əvvəlcədən sizi xəbərdar edirəm ki o dələduzdur. Ona görə də həyatınızı bu Azər-İsra tibb mərkəzinə etibar etsəniz sizi daha da çox bəlalara salacaqlar.

Keçək əsas məsələyə

Azər-İsra tibb mərkəzinin dövlətə 30 000 manat borcu var idi. Mərkəzin bütün avadanlığına həbs qoyulmuşdu. Məhkəmə icraçıları qərarın icrasına başlamışdılar. Bu haqda mətbuatda bir neçə dəfə məlumat verilmişdi.

img1678699

Şeytanın biləkləri ilə sıxılmış bu brendə qəlbinizi etibar etməyin

Həmin ərəfədə çox mötəbər bir adam Türkiyədə keçdiyi müayinə və müalicənin nəticələri olan sənədləri  baxıb rəyini bildirməsi üçün Aleksanderə müraciət edir. Əlbəttə həmin mötəbər adama Aleksanderin tibb mərkəzinə müraciət etməsini onun (yəni Aleksanderin) dostları məsləhət görülmüşdü.

Həmin mötəbər adamın Azər-İsra tibb mərkəzinin sahibi Aleksanderə müraciət etməsi, mərkəzin sahibi Aleksanderin əlinə girəvə salır. Haman Aleksanderin beynində planlar qurulur. Əsas və başlıca plan, əvvəlcə özünü ona inandırmaq, sonra isə 30 000 manatı ələ keçirib avadanlıqları həbsdən azad etmək. 

Əvvəlcə Türkiyədə keçirilən müayinənin nəticələri ilə tanış olan Şapiro  müştərisinin sağlamlıq durumunda elə bir problemin olmadığını, Türkiyədə müayinənin və müalicənin düzgün olduğunu deyir.   Sonra da müştərisinə onun İsraildə geniş imkanları olduğunu, hər hansı problemin olduğu təqdirdə İsrailin ən nüfuzlu xəstəxanalarında, ən tanınmış həkimlərin müayinəsindən keçməsini təşkil edəcəyini deyir. Daha sonra Aleksander deyir ki bir aylığa ona 30 000 manat borc pul versin. Hansısa bir problemi var onu həll edəcək və tam bir ayın başında borcu qaytaracaq.

Mötəbər müştərisi kefinin kök olduğu məqama düşdüyü üçün heç yazılı kağız da almadan Aleksanderə 30 000 manatı verir. Üstündən bir ay keçir Aleksander borcu qaytarmır.

Nağıllardakı kimi həftə keçir, aylar keçir gəlib il olur Aleksander borcunu qaytarmır ki qaytarmır.

Müştərisi olmuş mötəbər şəxs ona utana utana deyir ki axı sən 30 000 manat borc aldın, bir ay müddətində qaytarmağa söz verdin. Artıq bir ildən çoxdur ki borcu qaytarmırsan. Aleksander özünəməxsus lovğalıqla deyir ki o çox geniş imkanlara malik bir iş adamıdır. 30 000 min onun üçün böyük məbləğ deyil. Sabah saat 6 da pulu verəcək. O gündən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq Aleksander hələ də  sabah saat- 6 da və ya 7- də verəcəyəm ümidverciliyinə başlayır.

Aleksanderin yalan danışdığını, onu adatdığını görən müştərisi ondan borcun avqust ayının 20-də ödəcəyi haqda yazılı öhdəlik alır. Avqust ayının 20- dən Aleksander yağlı əppəyə dönüb yoxa çıxır. İndi gah deyir Tel Əvivdədir, gah da deyir Gürcüstandadır. Əlində bunların hamısını sübut edən sənədlər olduğunu deyən Aleksanderin mötəbər müştərisi indi onun axtarışına çıxıb.

Aleksanderin 6 ilə yaxındır ki İsraildə iş ortağına 100 000 dollar atdığı üçün oraya  gedə bilməməsi, Azərbaycanda da bir neçə adama iri məbləğlərə atması üzə çıxıb. Əgər özünü sülh səfiri, insan hüquqları komissarı  kimi təqdim edən, Aleksander Şapiro Suliman bir neçə gün ərzində üzə çıxıb borcunu ödəməsə mötəbər müştəri əlində olan bütün sübutları dərc edərək özünü bu dələduz komissarın hərəkətlərindən müdafiə etməyi planlaşdırır. Bu hərəkəti ilə  Mötəbər insan istəyir ki heç olmasa bundan sonra başqaları Aleksanderin tələsinə düşməsinlər.

Mötəbər müştərinin isə  kim olduğunu Aleksander Şapiro Suliman çox gözəl bilir.