AND Məşvərət Şurasını yaradır

Bu gün (sentyabrın 14-də) AND İdarə Heyətinin üzvü İsa Sadıqov Osloda Norveçli diplomat, bir zamanlar Norveç Krallığının Azərbaycanda səfiri işləmiş Steynar Gillə görüşüb. Görüşdə azərbaycanlı mühacirlərin yaratdığı AND (Azərbaycan Naminə Demokratiya) təşkilatının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. İsa Sadıqov Steynar Gilə AND Məşvərət Şurasının üzvü olmağı təklif edib və o, məmnuniyyətlə razılaşdığını bildirib. Xatırladaq ki, AND-ın nizamnaməsinə əsasən İdarə Heyəti və digər icra strukturlarından başqa təşkilatın Məşvərət Şurasını da yaratmaq və bu Şuraya Azərbaycanı tanıyan, Azərbaycanla ictimai əlaqələri olan siyasi və ictimai xadimləri dəvət etmək nəzərdə tutulub. AND hesab edir ki, belə bir Məşvərət Şurası təşkilatın Avropada və Amerikada ictimai əlaqələrinin yaranması və genişlənməsi üçün ciddi faydalar verə bilər.

azerbaycansaati.tv