AŞ PA-da Azərbaycandakı referendum müzakirə edildi

 

Avqustun 12- də Strasburqda AND assosiasiyasının həmsədrləri Arif Məmmədov və Qənimət Zahid Milli Şuranın sədri Cəmil Həsənli və MŞ Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu ilə birlikdə AŞ PA – da bir sıra əhəmiyyətli görüşlər keçiriblər. Bu görüşlər zamanı Azərbaycanda siyasi məhbuslar və referendumla bağlı məsələlər xüsusilə ətraflı müzakirə edilib. AŞPA səlahiyyətli nümayəndələri görüş zamanı təsdiq ediblər ki, AŞ PA baş katibi Venesiya Komissiyasına Azərbaycanda referenduma çıxarılan Konstitusiya dəyişiklikləri ilə bağlı ilkin rəyi sentyabrın 26- na, yəni Azərbaycanda keçiriləcək referendum gününə qədər açıqlasın.

Bu görüşdə AND Assosiasiyası İdarə Heyətinin üzvü Elnur Sadıqlı da iştirak edib.

azerbaycansaati.tv