İlham Əliyevin Biləsuvarlı dostunun ilginc işləkləri (video)

İlham Əliyev Biləsuvar səfərində orta yaşlı, mütənasib cəsədli, ağ saçlı bir vətəndaşı cərgədən çıxarıb qucaqladı və elan etdi ki, bu adam onun dostumdur və onu 2000- ci ildə Lənkəran yolunda tapıb və avtomobilinə əyləşdirərək Biləsuvara qədər aparıb. İlham Əliyev onu belə təqdim etdi. Yəni cılxa xoş bir təsadüf kimi.

İlham Əlitev Biləsuvarda, xəstəxananın açılışında təsadüfən onu yenidən tapıb və bir daha camaata təqdim edib…

Hökumətə yaxın olan mətbuat dərhal bu köhnə dostun vikipediya məlumatlarını düzəldib onu ensiklopedik şəxsiyyətə çeviriblər. Həmin məlumatlardan belə çıxır…

Bu şəxs Biləsuvar rayonunda yaşayan Gülmalı Güləliyevdir.

Gülmalı Güləliyev 1949 – cu ildə Biləsuvar şəhərində anadan olub, elə doğulduğu yerdə də yaşayır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni–maarif fakültəsinə qəbul olub. Lakin o zaman valideyinlərinin səhhətində müəyyən problemlər yarandığı üçün  təhsilini sona çatdıra bilməyib. Burasını belə tərcümə edək ki, oxuya bilməyib və diplomlu aktyorluq perspektivindən məhrum olub.

Gülmalı Güləliyev aktyor diplomunu ala bilmədiyinə görə bir müddət ticarətlə məşğul olub və 1990 – cı ildə isə şəxsi təşəbbüsü ilə Heydər Əliyev adına məktəb yaradıb, yəni, diplomsuz da olsa, aktyorluq işi ilə məşğul olmağı sınayıb.

Burası bu qədər. Amma Biləsuvar sakinləri bu adamı necə xarakterizə edirlər& Prezidentin dostu titulunu qazanan adam hop eləyib ictimai diqqətə düşür axı. Gülmalı Güləliyev prezidentin dostu olandan sonra həyat onun üçün çox optimist bir müstəviyə çevrilib. Amma bu optimizm onu daha gənc yaşlarından müşahidə edirmiş. Belə ki, prezidentin dostu olana qədər iki dəfə evlənmək imkanı tapıb. Prezidentin dostu olandan sonra üçüncü evliliyini sınamaq qərarı verib. Toy xərcləri, daha bir ev qurmaq onun üçün bir qədər asanlaşmış olub. Yerli məmurlar prezidentin seçiminə sayğı ilə yanaşaraq onun problemlərini həll etməyə hazır duruma gəliblər. Gülmalı Güləliyev üçüncü dəfə oğlunun baldızı ilə evlənib. Bunu yalnız bir məqsədlə edib. Prezidentin dostu olduğuna görə, onun ailə sirrlərini yad qızına həvalə etmək kimi bir lüksü olmayıb.

Bundan bir müddət sonra və daha doğrusu, Biləsuvar xəstəxanasının açılışına qədər Gülmalı Güləliyev Biləsuvar sularından içib cavanlaşıb. Bu gəncləşmə prosesində ona başa salıblar ki, prezident prezidentin bir ddostu o, o biri dostu isə Rusiya prezidenti Vladimir Putindir. Günün birində Vladimir Putinlə də dost olmaq ehtimalını rəhbər tutaraq rus millətindən olan daha bir xanımla evlənib. Yəni, əlbəttə, bir şəxs ki, prezidentin dostu ola, onun 4 evi və hər evində də bir həyat yoldaşı olmalıdır. Bizim işimiz isə prezidentin dostunu xalqımıza təqdim etməkdir.

rr-93

Yeri gəlmişkən, prezident bu yeni tapılan köhnə dostunun təzə təqdimatı barədə balaca bir yalan danışıb. Belə ki, İlham Əliyev onu Lənkəran yolunda tapmayıb. Biləsuvara bir əvvəlki dəfə gələndə həmin bu Gülmalı onun ayağının altında qurban kəsmişdi. Elə o qurban kəsmə əsnasında da dilini işə salıb prezidentin qılığına girə bilm işdi. Axı, cənab prezident yaltaqlıq maneralarını yüksək dəyərləndirir. Baxmayaraq ki, Gülmalı Güləliyev sonra  həmin qurban ətini öz dükanında satdı, amma hər halda, prezidentin dostu titulunu öz tərcümeyi- halına yazdırıb, yerli məmurların boğazından sallanmağı bacardı…

Sizin prezidentinizin seçimi budur.

Rəfail Quliyev

Biləsuvar

https://www.youtube.com/watch?v=XLu87PQVsvY