Azərbaycanlı mühacirlər Avropada birləşir

14291719_10155323913739012_5874856074070292165_n-1

14333779_10155323913669012_8105262602975004726_n-1

14322209_10206693918136113_8284372994209904663_n

Bazar günü Strasburqda azərbaycanlı siyasi mühacirlərin yeni təşkilatının – AND  (Azərbaycan naminə demokratiya ) təsis iclası keçirilib.

İclasda hakimiyyətin təqibləri səbəbindən müxtəlif vaxtlarda Azərbaycanı tərk etmiş siyasi fəallar, jurnalistlər, keçmiş dövlət məmurları və hüquq müdafiəçiləri iştirak ediblər.

İclasda Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli də iştirak edib.

AND təsisçiləri hələlik qurum və onun tərkibi, təşkilatın proqram və vəzifələri barədə məlumat yaymayıblar. Lakin artıq indidən demək olar ki, bu, ölkənin hüdudlarından kənarda siyasi müxalifətin formalaşması üzrə ən mühüm addımdir.

Azərbaycan mühacirlərinin hərəkətlərinin koordinasiyası BMT, ATƏT, Avropa Şurası, Avropa parlamenti kimi beynəlxalq qurumlarda Azərbaycandakı vəziyyət barədə rəyin formalaşmasına mühüm təsir göstərəcək.

AND fəaliyyətini uğurlu qurarsa bu, Bakıda hakimiyyət üçün ciddi başağrısı olacaq.

Güman etmək olar ki mühacir təşkilatlarının sirası genişlənəcək və ABŞ-da da AND-ın bölməsi yaranacaq.

Bu cür mühacir  təşkilatlarının yaranma tarixi və mövcudluq təcrübəsi göstərir ki, mühüm məsələlərdən biri təhlükəsizlikdir. Çünki hakimiyyət təhlükəsizlik xidməti vasitəsilə belə qurumlara öz agentlərini göndərməyə çalışır. Çox güman ki, indi də belə olacaq.

contact.az