Xalq monarxiya və talana etiraz etdi

“Bu mitinq xalq hərəkatının başlanğıcıdır”

11-sentyabr-2016-milli-shura-mitinq

 

14242288_332757147068597_4427874438271166304_o

AXCP sədri Əli Kərimli

“Mən burda müsavatçıları, REAL-çıları, NİDA-çıları, digər birliklərin təmsilçilərini görürəm. Bizim dərdimiz azadlıqdir, demokrtaiyadır, daha yaxşı ölkədir. Hökumət bizim aramıza nifaq salmağa çalışdı. Ancaq indi liberallarla millətçilər, dindarlarla ateistlər bu meydanda çiyin-çiyinədir. Çünki bizi birləşdirən fərdi maraqlar yox, azad, demokratik Azərbaycan amalıdır. Biz ki, bu yola addım atmışıq, yolu yarımçıq qoymağa haqqımız yoxdur. Bu gün həbsxanalarda 100-dən artıq siyasi məhbus var. Bizim əvvəlki mitinqlərimizin əsas təşkilatçılarından, mənim müavinim Fuad Qəhrəmanlı həbsdədir. Başqa müavinlərim Seymur Həzi, Asif Yusifli həbsdədir. Məmməd İbrahim həbsdədir. Mətanətli İlkin Rüstəmzadə həbsdədir. REAL Hərəkatının rəhbəri İlqar Məmmədov uydurma ittihamlarla həbsdədir, Müsavat başqanının müavini Fərəc Kərimli, ləyaqətli dindarlarımız həbsdədir. Bu mitinq xalq hərəkatının başlanğıcıdır.

Monarxiyaya yox talana son bizim ümumi şüarımızdır. Bizim yox dediyimiz başqa məsələlər də var. Büdcənin talan edilməsinə, dövlət ehtiyatlarının tükədliməsinə, neft pullarının oğurlanmasına yox deyirik. Bir tərəfdə səfalətə düçar etdikləri xalq var, digər tərəfdə Avropadakı muzeyləri təmir etdirən bir qrup harın var. Biz bu soyğunçuluğa, bu harınlığa yox deyirik. Biz dövlət orqanlarımızın xalqa xidmət etməsini istəyirik. Xəstəxanaya yaxınını aparan qorxu içindədir. Biz sağlamlıq vermək əvəzinə qatilə çevrilmiş səhiyyə sisteminə yox deyirik. Bu gün ölkəin təhsil sistemi təhsilsizliyə xidmət edir. Biz balalarımızı təhsilsiz qoyan təhsil sisteminə yox deyirik. Biz repressiya aparatına çevrilmiş polis işgəncələrinə yox deyirik. Dünyanın hər yerində insaanlar ədaləti məhkəmələrdə axtarır. Bizdə də belə olacaq. Biz bazara çevrilmiş məhkəmə sisteminə yox deyirik. Əziz həmvətənlər torpaq bizim üçün müqəddəsdir. Amma biz Azərbaycan əsgərlərə, qazilərə, şəhid ailələrinə olan biganəliyə, insafsızlığa yox deyirik. Bizim gənc balalarımız yalnız torpaq uğrunda şəhid ola bilərlər. Amma biz daha çox qanunsuzluğun, özbaşnalığın qurbanı olan şəhidləri görürük. Biz əsgər ölümünə yox deyirik”.

Ə.Kərimli referendumla da bağlı fikirlərini bölüşdü: “Azərbaycanın ali qanunu 3-cü dəfədir ki, dəyişdirilir. 2012-ci ildə Konstisuiyanı dəyişdilər onun müddətsiz seçilməsinə maneçilik olmasın. İndi də Konstitusiyanı İlham Əliyevin hakimiyyətini möhkəmləndirmək üçün dəyiçmək istəyirlər. Biz Azərbaycanda Monarxiya yaradılmasına, sülalə hakimiyyətinin davamlı olmasına yox deyirik. Əzi həmvətənlər bəs biz qarşımıza qoyduğumuz məqsədlərə yetişə biləcəyikmi, Sizin köməkliyinizlə əlbətdə. Biz bütün bunların hamısını Allahın köməkliyi, millətin gücü ilə bacaracağıq. Allah millətimiz qorusun. Bu millətə o iradəni versin ki, bu meydandakı mübarizliyimizi qələbəyə qədər qoruyub saxlayaq. Allah millətimizə yar olsun”.

NİDA Hərəkatının nümayəndəsi Ülvi Həsənli: “Hökumət xalqın təbii sərvətlərini taladı. İndi isə beynəlxalq təşkilatların qapısına düşüb borc axtarırlar. Ölkədə çox ciddi böhran yaşanır. Hətta oliqarxlar da bu böhrandan təsirlənib. Ölkədə təcili siyasi-iqtisadi dəyişikliklər edilməlidir. Bütün siyasi məhbuslar dərhal azad edilməlidir. Məhkəmələrin müstəqilliyi təmin olunmalı, azad mediaya. vətəndaş cəmiyyətinə basqılara son qoyulmalıdır. Əks halda durum çox ağır olacaq”.

AXCP-nin Xətai rayon təşkilatının həbsdə olan fəalı Fuad Əhmədlinin atası Zəfər Əhmədli çıxış edir. “Bu gün Fuad Əhmədli, Fuad Qəhrəmanlı, Faiq Əmirli bu meydandadır. Övladlarımız zülmə əyilmir. Bunlar anlamır ki, gəncləri həbsə salmaqla, onları yaxınlarıyla görüşünə mane olmaqla özlərinə qəbr qazan hazırlayırlar. Qərbə müraciət edirəm. Bizə kömək lazım deyil. Bizə köməyiniz o olar ki, diktatorların başına sığal çəkməyin”.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli çıxışına aksiya iştirakçılarını salamlamaqla başladı: “Dözümə son qoyulmalıdır. Dözüm zəncirlərini qırıb atmamız lazımdır. Bütün problemlərin hamısına son deməyi bacarmalıyıq . Bizim gözləntilərinimiz ünvanı sizsiz. Bizim Sizdən başqa müraciət ünvanımız yodur”.

G.Hacıyeva Azərbaycanla Gürcüstan arasında müqayisə aparıb. “Qonşu Gürcüstanın nə nefti, qazı, nə də zəngin təbiəti var. Böyük sərvəti var – xalq. Məhz xalqın qəhrəmanlığı ilə Avropanın parçasına çevrilib. Biz isə yeraltı-yerüstü sərvətlərimizlə korrupsiya içində itib-batırıq. Milli iradə qarşısında heç kim dura bilməz. Biz Məmməd Əmin Rəsulzadənin nəvələriyik. Xalq 1918-ci ildəki kimi öz güçümüzü göstərməliyik”, deyə G.Hacıbəyli vurğulayıb.

E.Quliyev çıxışında referendumu boykot etməyə çağırıb. O, dəyişikliklərin yaxşı heç nə vəd etmədiyini bildirib.  “Hər bir sahə problemlərlə savaşır. Biz bu problemlərin həll edilməsini istəyirik. Bu problemləri daha da dərinləşdirəcək qanunverici mexanizmləri yaradılmamalıdır. Biz torpaqlarımızın azad edilməsini istəyirik. Ancaq hökumət 25 ildir yalan danışır. Parça-parça olmuş mənəviyyatımızı qorumaq istəyirik. Ancaq hökumət Hacı Tale Bagırov, Hacı Abgül kimi mənəviyyat adamlarını həbsxanaya atıb.

Etiraz aksiyasında “Çörək baha, ət baha, yemək tapmır xalq daha”, “Əmək haqqı 105 manat, təhsil haqqı 4000 min manat”, “Azərbaycan intiharlar ölkəsi”, “Biz kölə deyilik”, “Yox deyirəm”, “Lazım” Qarabağa nə vaxt gələcək?”, “Siyasi məhbuslara azadlıq”, “Dəstək olaq doğruya, lənət olsun oğruya”, “Yalançı da hökumət, Gülənçi də hökumət” şüarları qaldırılıb.

Mitinq keçirilən ərazidə internet və mobil rabitə problemi var. Bütün telefonlarda rabitə dayanıb

Mitinqdə növbəti aksiya 17 sentyabr saat 15.00-a təyin edildi.

14249748_332748220402823_745405180933206959_o

14233246_1123824787710806_2986651084819597267_n

14264162_1256189987734923_8696541647393796475_n

14287618_1028306600623716_1668430653_n