SİZƏ NƏYƏSƏ YENİDƏN BAŞLAMAQ ÇOX GECDİR, QANSIZ-QADASIZ GETMƏK HAQDA DÜŞÜNÜN

“İQTİSADİYYATIN ÇÖKMƏSİNİN BAŞ GÜNAHKARI KƏRƏM NƏSƏNOVDUR”

“QARALOV HƏLƏ DƏ HESAB EDİR Kİ, ÖLKƏNİN BAŞ PROKURORUDUR” 

KONSTİTUSİYA TAPDALANIR, PREZİDENT HAKİMİYYƏTİ TANINMIR, ONA SAYĞISIZLIQ GÖSTƏRİLİR”

Tahir BABAYEV: “Zakir Fərəcovun Sumqayıta başçı təyin olunmasını, şəxsən Sizin kreslonuzun altına qoyulmuş, zapalı çəkilmiş detonator hesab edirəm. “

Tahir-muellim

Azərbaycan respublikasının prezidenti İlham Əliyevə 

I dərəcəli əlil Tahir Babayev tərəfindən

Möhtərəm prezident!

Konkret faktlarla öz fikrimə aydınlıq gətirirəm. Respublikada bu gün heç kimə sirr deyildir ki, Kərəm Həsənov Sovet Azərbaycanından qalan mülkü kökündən talan etmişdir.Ölkə iqtisadiyyatının çökməsinin baş günahkarıdır, amma bir nömrəli toxunulmaz personadır. Görəsən niyə?

kərəm həsənovÇox maraqlı sualdır. Cavabın mən bu dövlətin qurulmasında qanını və canını əsirgəməmiş bir vətəndaş olmaqla şəxsən Sizdən soruşuram, cənab Prezident və bunun üçün öz şəxsi motivim də vardır. Mən 1998-ci ildə Sumqayıt şəhərinin 17-ci mikrorayonu ərazisində 129 kv.m. torpaq üzərində iki mərtəbəli bir bina tikmişəm. O vaxtlar Sumqayıt şəhər İH aparatında şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışırdım. Başqaları kimi 129.000 kv. metrə də yiyələnə bilərdim. Ancaq təbiətimə uyğun gəlmədiyi üçün bunu etmədim. Elə bu 129 kv.m. ilə kifayətləndim. İndi artıq 3-cü ildir ki, Kərəm Həsənov birinci mərtəbəsini qeyri yaşayış (kurslar), ikinci mərtəbəsini yaşayış sahəsi kimi istifadə etdiyim tikili üzərində hüquqlarımın dövlət qeydiyyatından keçirilməsindən heç bir əsas olmadan imtina edir. İşçiləri hamısı xor oxuyurlar ki, biz necə pulsuz qeydiyyata alaq, onda fonda vəsait haradan ödəməliyik? Soruşanda hansı fonddan söhbət gedir. Deyirlər ki, bunu bütün respublika bildiyi kimi siz də bilməlisiniz. Əmlakçıların sərgilədiyi həddi-hüdudu olmayan özbaşınalıq, harınlıq, ədəbazlıq, dövlət başçısının münasibətlərindən və yaratdığı hərtərəfli şəraitdən sui-istifadə etməklə insanları təhqir və təhdidlərə məruz qoymaq ona gətirdi ki, mən ikinci dəfə insult keçirdim.

Bina hələ ki, dövlət qeydiyyatına alınmayıb, mən isə məhv olmuşam. Bundan ötrü kim cavab verməlidir? Kərəm harınlığının qurbanları minlərlədir.

Möhtərəm prezident!

Siz çıxışlarınızda vətəndaşlara göstərilən dövlət qayğısına həmişə xüsusi yer ayırırsınız. Sizin rəhbərlik etdiyiniz dövlətin vətəndaşa qayğısı bundanmı ibarətdir?

Bağışlayın, deyəsən çaşmağa başlayıram. Ona görə də Kərəm mövzusunu bağlayıram. Çünki burada toxunulası o qədər məsələlər var ki. Əgər onlardan danışsaq, gərək Azərbaycanda təcili olaraq on beş-iyirmi min yerlik türmə inşa edək və Kərəmi öz komandası ilə ora köçürək.

Cəmiyyətdə elə fikir formalaşmışdır ki, ölkə başçısı hər şeyi bizdən yaxşı görür. Ancaq, Kərəmə hansısa əsaslı səbəbə görə gücü çatmır.

Cənab Prezident!

rövnəq abdullayevSizin digər çox qiymətli bir kadrınız barəsində bir-iki kəlmə. Bu Rövnəqdir. Mən yazımın əvvəlki hissəsində onun barəsində qeydlər etmiş və bildirmişdim ki, köpək balıqalrına yem elədiyi 33 nəfər azəri oğlu üçün onun adını tutmağa belə cəsarəti olan tapılmayacaq. Nəticə artıq indi hamıya məlumdur. Rövnəq at oynatmaqda davam edir. Soruşula bilər ki, nə iqtisadiyyata nə də siyasətə heç bir dəsti-xətti olmayan bu adam mənim diqqətimi niyə cəlb etmişdir. Üç-dörd il bundan öncə Sizin xüsusi  sərəncamınızla bağ sahələrinin qazlaşdırılmasına vəsait ayrılmış və bu işin görülməsi ARDNŞ-ə tapşırılmışdı.

Bunlar  bu vəsaitin demək olar ki, hamısını mənimsədilər.

Kərəmin tender oyunları üzrə qiymətli təcrübəsindən yararlanaraq yalançı prosedurlar keçirdilər. Sumqayıt qaz istismar sahəsinin ştat üzrə işçiləri cəlb edilməklə bağlar ərazisində magistral xətlər çəkildi və birləşmələr əhalinin öz hesabına saxlanıldı.  Mən yaxınlaşıb onsuz da göz qabağında olan vəziyyətimi bilirdim. Xətti sona çatdırmalarını xahiş etdim. Məhəl qoyan olmadı, üstəlik bir rişxənd də eşitdim. Məcbur olub Rövnəqə ərizə ilə müraciət etdim. Elə bir cavab aldım ki, mənə sübut etdi ki, bu harınlamış azğınlar Azərbaycan dövlətini tanımır, prezidenti isə saya salmaq fikrindən çox uzaqdırlar.

Zakir QaralovBelə bir şeyin mümkün olduğuna şübhə etdiyim üçün Zakir Qaralova ərizə yazdım. Ondan aldığım cavab isə məni şoka saldı. Bu cənab yalnız kreslo tutaraq öz cibini qorumaqla məşğuldur. Konstitusiya taptalanır, qanunlara sayğısızlıq sərgilənir, prezident hakimiyyəti tanınmır, ona sayğısızlıq göstərilir. Bunların Qaralov üçün bir qara qəpiklik dəyəri yoxdur. Əsas odur ki, o salimdir və kifayət olduğundan yüz min dəfə artıq qazancı var.

Qaralova ikinci müraciətim Rövnəqə göndərildi və cavabsız qaldı. Qaralovu məhkəməyə verdim. Hesab etdim ki, respublika ictimaiyyəti tərəfindən bunun imicini tamamilə  itirmiş olduğu fakt kimi qəbul ediləcək və nəticədə onun dərisinə isti keçəcək. Təəssüflər olsun ki, bu baş vermədi. Qaralov yenə də hesab edir ki, o respublikanın tam hüquqlu baş prokurorudur.

Rövnəq özbaşınalığına digər bir misal. Mən artıq bu mətndə Sumqayıtın 17-ci mkr-da evim olduğunu yazmışdım. Dövlətin (əgər onun mövcudluğuna inansaq) bütün qanunlarının tələblərinə riayət etməklə, ora üçün öz vəsaitim hesabına xüsusi layihə hazırlatmış, ona uyğun qaz xətti çəkdirmiş, sayğac quraşdırtmış, kod açdırmışam.13.11.2015-ci ildə evimin qaz təchizatı xətti Sumqayıt Qaz İstismarı Sahəsinin rəisinin şəxsi göstərişi ilə kəsdirilmişdir. Hamıya muskul nümayiş elətdirənzakir ferecovSumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcova müraciət etdim. Yerli hökümət sahə rəisinin hərəkətinin qanunsuz və yolverilməz olduğunu təsdiqlədi. Lakin, xəttin bərpasına müdaxilə edə bilmədi. Bizim gücümüzdə deyil dedilər. Məhkəməyə müraciət etdim. Xətai rayon Məhkəməsinin qərarı kağız üzərində qaldı. Bakı Apellyasiya Məhkəməsinin kollegiyası cəsarətsizlik və sözün əsl mənasında qorxaqlıq nümayiş etdirdi. Heç bir təsirli qərar çıxara bilmədi. Siz deyin indi kimə müraciət edək, silah götürüb komandanızı bir-bir güllələməyəmi başlayaq?

Möhtərəm Prezident!

Sizin 30 sentyabr 2015-ci ildə imzalamış olduğunuz bir  qanun var. Ya çox qiymətli məmurlarınızı bir dəfə toplayıb, onlardan Sizin imzanıza hörmət etməyi tələb edin, yaxud da buna gücünüz çatmırsa, bizə bu qanunun işləməyəcəyi işarə olunsun. Biz də tanınmayan qanuna söykənib hərəkət etməyək, artıq xərc çəkməyək.

Respublikada hakimiyyətin yüzdə-yüz faiz çökdürüldüyünün canlı şahidi olmaq üçün istənilən bir məhkəmənin iclasında iştirak etmək kifayətdir. Xərci-rüşvəti masanın üstündə olmayan işlər sonsuzluğa qədər uzadılır. Xərci-rüşvəti iddaçi və cavabdeh tərəfindən çəkilməsinə, yaxud  haqqın kimin tərəfində olmasından asılı olmayaraq, xərcin-rüşvətin qalibiyyəti təmin edilir. Məhkəmənin rolu çox sərfəlidir. Bu ondan ibarətdir ki, işdə iştirakı olan orqanlar və şəxslər arasında qazancın faizlə bölgüsü ona etibar edilmişdir.

Bəli, möhtərəm Prezident!

fikrət məmmədovXalaoğlunun başında oturduğu Azərbaycan Ədliyyəsi nəinki tamamilə çürümüşdür, üstəlik digər organlara da dövlətin əsaslarını çökdürmək, hakimiyyəti güc mənbəyi olan xalqdan ayırmaq rolunu ustalıqla oynayır.

Möhtərəm Prezident, mən heç cür anlaya bilmədiyim bir məsələni də Sizin nəzərinizə çatdırmaq istərdim. Bu bir başa sizin sərəncamınızla şəhər və rayonlara təyin olunmuş İH başçıları barəsindədir. Bu sahənin dərin bilicilərindən biri kimi, icra hakimiyyəti başçılarının yerlərdə iş qurmaqları mənə çox qəribə gəlir. Ölkə prezidenti çıxışlarında, görüşlərində təkrar-təkrar bildirir ki, xalqın 1 №li xidmətçisi onun özüdür və digərlərinin başlıca vəzifəsi bundan nümunə götürməkdir. Əlbəttə bu belə də olmalıdır. Bəs real həyatda nə baş verir.

Təyinat almış icra başçıları özlərini elə aparır ki, sanki inzibati ərazi vahidinin Allahıdırlar, nə barədə, necə kəllələrinə batırsa eləcə də hökm verə bilərlər və verirlər də. Şəhərin, rayonun, əhalinin qayğıları tamamilə unudulur. Dərhal ərazidə olan gəlirli sahələr müəyyənləşdirilir və onlar açıq şəkildə icra hakimiyyəti başçısının və yaxud onun qohum-əqrəbəsinin mülkiyyətinə, yaxud nüfuz dairəsinə alınır. İcra başçıları şəhərlərə və rayonlara adətən öz qoçu dəstəsi ilə gəlirlər. Onların bir sözünü iki edənlər, şərtləri ilə razı olmayanlar, sözsüz itaətin artıq dövrlə uyğunlaşmadığını fikirləşənlər və müqavimət göstərənlər ciddi cəzaya məruz qoyulurlar.

Birinci növbədə güc strukturlarının resursları hərəkətə gətirilməklə belələrinin mülkləri vəhşicəsinə dağıdılır, var-dövləti əlindən alınır, təhqir və təhdidlərə məruz qoyulurlar.

Əvvəllər  bunu dövlət maraqları altında pərdələməyə təşəbbüslər göstərilirdi.

Konkret olaraq Sumqayıtda baş verən və başqaları üçün örnək ola biləcək bir məsələ barəsində;

Heydər Ə.Hamıya çox gözəl məlumdur ki, keçən əsrin 90-cı illərinin əvvəllərində respublika aclıq, səfalət, işsizlik, iqtisadi və maliyyə böhranı içərisində boğulurdu. Xalqın xilaskarı Naxçıvandan Bakıya gəldi. Həyat canlanmağa başladı, necə deyərlər hamının gözünə işıq gəldi. Bu çox çətin vaxtda Suqayıtdan bərk məişət tullantılarının daşınması, ilk baxışda həlli mümkün olmayan problemə çevrilmişdi. Bu vaxt Qadir Dünyamalıyev adlı bir nəfər Sumqayıta gəlib çıxdı. Alman iş adamları onun arxasınca gəldilər və mənim  köməyimlə bütün formal məsələlər həll olundu.

Qadir işə başladı. Almaniyadan investisiya cəlb etməklə, “ADES” adlı birgə müəssisə yaradıldı. Sumqayıt şəhərinə bərk məişət tullantılarının daşınması üçün çoxsaylı xüsusi texnika gətirildi. Mənə ağır başağrısı gətirən bu problemin həllindəki roluna görə o mənim bir nömrəli dostuma çevrildi. Sonradan bir gün mənə yaxınlaşıb təkidlə xahiş etdi ki, Gəncə şəhərində filial açmağa və ora texnika göndərməyə razılıq verim. O, açıq etiraf etdi ki, bunu ondan eloğlusu və xüsusi hörmət bəslədiyi Gəncə şəhər prokuroru Zakir Qaralov xahiş etmişdir.

Gəncəyə kifayət qədər texnika və işçi qüvvəsi göndərdik, orda filial açdıq və qısa müddətdə Azərbaycanın bu qədim şəhərini bərk məişət tullantılarından azad etdik.

Yaxşı yadımdadır ki, o vaxtlar alman dostlarımızın köməyi ilə Sumqayıta çoxsaylı xüsusi təyinatlı ağır texnika gətirmişdik.

Qadir bir neçə dəfə mənə DİN rəhbərliyinin ayrı-ayrı rayonlara ağır texnika ilə kömək etmək xahiş etmələrini çatdırdı. Sözsüz ki, biz belə şeyləri onda xüsusi ehtuziazmla yerinə yetirirdik. Hesab edirdik ki, ölkəyə, onun rəhbərliyinə, “ömrümün qalan hissəsini xalqıma bağışlamışam” deyən Nəhəng prezidentə xidməti borcumuzu həyata keçiririk.

Şəxsən mən elə düşünürdüm ki, ölkə başçısı kiçik sahibkarlığın inkişafına şəxsi qayğısı var və bu sahəyə xüsusi diqqət yönəltmişdir. Bunu əsas götürərək ilin əvvəlində Rusiya Federasiyasına üz tutdum. Yekaterinburq, Alapaysk, Nijniy Tagil, Rej şəhərlərində oldum. Azərbaycanlı iş adamları ilə görüşdüm. Onlara Azərbaycanda mənimlə birgə iş qurmaq təklif etdim. Bu təklifi yaxın belə buraxmaq istəmədilər. Danışıqlar apardığım iş adamlarından hər biri ayrılıqda və sonra bir yerə toplaşdıqdan sonra hamısı  bir ağızdan bildirdilər ki, Azərbaycanla heç bir iş birliyinə gedə bilməzlər. Çünki bu istiqamətdə əvvəllər görmüş olduqları işlərə görə külli miqdarda itkilərə məruz qalmışlar. Dövlət məmurlarının acgözlüyü, rüşvətxorluğu, özbaşnalığı, harınlığı onlar üçün hazırda da vahimə yaradır.

Nəhayət xeyli səylər göstərdikdən sonra onlardan on nəfəri bütün xərcləri mənim hesabıma olmaqla Azərbaycana gəlməyə razılıq verdi. Azərbaycana gəldik. Əvvəldən  əldə olunmuş razılığa əsasən Qadirin bazasına üz tutduq. Orada isə dəhşətli vəziyyətin şahidi olduq. İcarəyə götürülməsi və ağac emalı kombinatı yaradılması üçün nəzərdə tutduğumuz baza polis tərəfindən mühasirəyə alınmışdı. Bununla əlaqədar və Qadir onlar tərəfindən işdən təcrid edildiyindən Rusiyadan gələn qonaqlarla hər hansı bir danışıqlar aparılması mümkün olmadı və onlar 8-10 gün gözlədikdən sonra hər şeyə tüpürüb çıxıb getdilər. Mən birbaşa 14200 (on dörd min iki yüz) manat ziyana düşdüm. Böyük xərclər vaxt və intensiv danışıqlar nəticəsində birgə iş qurulması barəsində əldə etmiş olduğum razılıqların üstündən qara xətt çəkildi. Dəhşətli o idi ki, bu insanlar respublikada prezidentin heç kim olduğunun və hərc-mərcliyin baş alıb getdiyinin  şahidi oldular. Sual dolu təəssüflər dəryasında boğulan gözlər mənə dikildi. Mənim isə deməyə sözüm olmadı.

Bundan əlavə, Rej şəhərində fəaliyyət göstərən, azərbaycanlılara məxsus  “Altun” firmasının mənim xahişim əsasında avadanlıq alınması üçün ödəniş etmiş olduğu 240000 ( iki yüz qırx min) rus rublu məbləğində avans da batıb getdi.

Möhtərəm Prezident!

Bax budur Sizin iş görmək istəyən insanlara dəstəyiniz. İndi mən vəziyyətdən çıxmaq üçün üç ailənin birgə yaşadığı mənzilimi satmaq məcburiyyətindəyəm.

Qadir Dünyamalıyevə gəldikdə isə nəzərinizə çatdırıram ki, bu ailəni tanımaq şəxsən Sizin borcunuzdur.

Onun böyük qardaşı, polis generalı Məhəmməd (Dədə Məhəmməd) Dünyamalıyev Heydər Əliyevə şəxsi sədaqəti ilə fərqlənən DİN-nin kadrlar üzrə müavini olmaqla, Azərbaycan dövlətciliyinə, onun prezidentinə sədaqətli daxili işlər orqanlarının şəxsi heyətinin formalaşmasında xüsusi xidmətləri olan yüksək rütbəli zabit olmuşdur. Qadir heç vaxt general kölgəsində dolanan, onun köməyinə ehtiyacı olan qardaş olmamışdır.

Möhtərəm Prezident!

Siz hazırda komandanızda təmənnasız çalışan bir-iki insan tapa bilərsinizmi? Əlbətdə ki, yox. Çünki indikilər Sizin yanlış kadr siyasətiniz nəticəsində vəzifə tuturlar və şəxsi zənginləşmə ilə məşğuldurlar. Onları nə dövlət nə də ki, onun maraqları zərrə qədər olsun belə düşündürmür.

zakir qaralovramil usubovMən Zakir Qaralovun və DİN rəhbərliyinin adlarını təsadüfən çəkmədim. Qadir Dünyamalıyev dövlət adından çıxış edən Sumqayıt ŞİH məmurlarının və paqonlu rekertlərin hücumuna məruz qalarkən cənab Prezident şəxsən Sizə, Zakir Qaralova, Ramil Usubova və aidiyyatı üzrə digər bütün dövlət orqanlarına  teleqramlarla, məktublarla müraciət etmişdir. Bu günə kimi cavab yoxdur. Hesab edirəm ki, Zakir Qaralov və Ramil Usubov keçmiş yaddaşlarını vərəqləməyə borclu idilər. Ancaq bu baş vermədi.

02.05.2016-ci il tarixində Qadir polis zorakılığı ilə mülkündən təcrid edildi, 22.05.2016-ci ildə polisin mühafizəsində olan həmin mülkü yandırdılar.

Bununla bağlı çalınan həyacan təbili də eşidilməz qaldı. Çox qəribədir ki, Qaralov və Usubov tam susqunluq nümayiş etdirdilər. Əslində burada qəribə bir şey yoxdur. Yəqin ki, onlar sizin aparatınıza müraciət etmiş və sizlik deyil cavabı almışlar. Axı, Sizin lap yaxın ətrafınız üçün Fərəcovdan dəyərli kadr yoxdur. Onun adını heç kim tuta bilməz.

Cənab Prezident!

zakir ferecov-2İLHAM ƏLİYEVZakir Fərəcovun Sumqayıta başçı təyin olunmasını, şəxsən Sizin kreslonuzun altına qoyulmuş, zapalı çəkilmiş detonator hesab edirəm. Sumqayıt zahirən sakit görünsə də onun çalxalanması və fəlakətə yuvarlanması bir anda baş verə bilər. Hazırda bunun üçün şərait demək olar ki, yetişmişdir. Elə fikir yaranmasın ki, mənim Fərəcovla nəsə bölünməyən malım var və ona qarşı qərəzliyəm.

Əksinə, bizim şəxsi planda münasibətimiz lap yaxşıdır. Laçının ən çətin günlərində Zakir də daxil olmaqla, Sumqayıtda yaşayan laçınlıların hörmətli adamlarından bir qrupunu istəklərinə rəğmən Laçına mən aparmışam və Zakirin rəhmətlik anasının açmış olduğu süfrə arxasında oturmuşam.

Lakin dövlətin maraqları mənim üçün hər şeydən üstündür. Çünki mənim ömrümün 50 ilə yaxını müstəqillik həsrətində keçmişdir.

Fərəcovun Sumqayıta qaytarılmasını mən çox böyük səhv hesab edirəm. Düşünməyə əsasım vardır ki, bu bilərəkdən edilmişdir və bəzi qüvvələrin marağındadır ki, Sumqayıt çalxalansın. Ona görə də xahiş Ramiz MehdiyevBəylər Əyyubovedirəm ki, onun irəli çəkilməsi barəsində 1998-ci ildə verilmiş təklif haqqında Ulu Öndərin dediyi “bu JEK müdiri niyə” ifadəsinin mənası dərk edilməlidir. Onun fəaliyyəti təhlil olunsun və şəxsiyyəti öyrənilsin. Onda hər şey aydınlaşar. Suallar və cavablar aşkardır. Mötəbər cavabları isə Ramiz Mehdiyev yaxud da, Bəylər Eyyubov verə bilər.

Mənim fikirim isə aşağıdakılar əsasında formalaşmışdır;

– Fərəcov Sumqayıtın mənzil təsərrüfatına rəhbərlik edərkən ayrılmış büdcə vəsaitinin əsas hissəsinin respublika rəhbərliyi(kimliyindən asılı olmayaraq) ətrafındakılarının mənzil məişət və digər problemlərinin həllinə yönəldir və özünə dayaqlar, dostlar qazanırdı. Bunu sumqayıtlılar neqativ qarşılayır, əksəriyyət onun personasına mənfi yanaşırdı;

– Bələdiyyə başqanı olarkən qanunsuz torpaq alveri ilə məşqul olmuş, çoxsaylı sumqayıtlı  aldadılmışdır. O vaxtlar bələdiyyəyə torpaq haqqı ödəmiş  və üstəlik vəzifəlilərə “şapka” vermiş sumqayıtlılardan bir çoxu indi də bu sualın həllini gözləməkdədir.

– Bələdiyyə sədri postunda Zakiri əvəz etmiş Əbülfəz Babayev torpaq paylanmasında yol verilmiş ciddi qanun pozuntuları barəsində müvafiq sənədləri Sumqayıt şəhər prokurorluğuna təqdim etmişdi. O vaxtlar Sumqayıt prokuroru olmuş Dağlar Zeynalov rüşvət və alverçiliklə məşqul olduğundan, Zakir yığdıqlarının bir hissəsini ona verməklə vəziyyətdən çıxa bilmişdi. Babayev isə elə onun qoyduğu qaydada alveri davam etdirirdi. Hazırda aldanılanlar məhkəmələrin yollarındadır.

– Fərəcov Bələdiyyə başqanı olarkən Sumqayıt ŞİH başçısı T.Məmmədov olmuşdur. Onların sözləri bir-birinin boğazından keçməmiş, aralarında bütün sumqayıtlıların gözü qarşısında açıq müharibə getmişdir. Buna da əsas səbəb torpağın kim tərəfindən satılması barəsində qərara gələ bilməmələri olmuşdur.

Fərəcov Təvəkkül Məmmədovun torpaqla bağlı sərəncamlarının böyük bir hissəsini məhkəmə qaydasında ləğv etdirə bilsə də ona verilən pulları geriyə qaytartdıra bilməmişdi.

Fərəcov Sumqayıta 1-ci şəxs simasında qayıtdıqdan sonra bu köhnə haqq-hesablarla bağlı “front”la yanaşı, sürətlə soyğunçuluq və talançılıq cəbhəsini də açdı. Bunlar hazırda şəhərdə çox gərgin şərait yaratmışdır. Ziyana məruz qalanların sayı çoxdur. Sumqayıt hazırki mərhələdə barıt çəlləyidir.

Möhtərəm Prezidentdən sumqayıtlılar adından xahiş edirəm ki, onun partlayışına imkan verməsin.

Möhtərəm Cənab Prezident!

Hətta şəxsən Siz özünüz 30 sentyabr 2015-ci ildə imzalamış olduğunuz qanuna hörmət qoymur onun yerinə yetirilməsinin hamı üçün məcburi olduğu nümunəsini göstərə bilmirsiniz. Başqalarından nə tələb edə bilərsiniz? Necə deyərlər hər kəs özündən başlamalıdır. Şikayətlərə baxılmır,  ötür-ötür oyunu oynanılır.

Sizə və komandanıza isə nəyəsə yenidən başlamaq çox gecdir. İndi isə heç olmasa qansız-qadasız getmək haqqında düşünmək vaxtıdır.

Son illər ərzində yerlərdə dözülməz şərait yaradılır, vəzifəlilər dövlətin marqlarının əksinə gedirlər. İcra başçılarının qoçuları onların şərtlərini itaətlə qəbul etməyənlərə zor tətbiq edir, “sizin prezidentiniz nə deyib bizim üçün əsas deyil onun bir qara qəpiklik qiyməti yoxdur. Biz icra başçısının əmrini həyata keçiririk və müqavimət göstərəni məhv edəcəyik. Hamı bir nəfər kimi yerin yiyəsini tanımalı və ona sözsüz itaət etməlidir.” – deyirlər

Heydər-İlham-1İlham Əliyev vəziyyəti elə bir həddə çatdırmışdır ki, artıq nəhəng Heydər Əliyev şəxsiyyəti şübhəyə alınmağa başlayır. Nəyin bahasına başa gələ biləcəyindən asılı olmayaraq buna yol vermək olmaz. 1994-cü ildə baş vermiş hadisə təkrar edilməli. Heydər Əliyevin müdafiəsinə qalxmış xalq meydana yeriməlidir. Nəzərə almaq lazımdır ki, ən azı yaxın 100 il ərzində Azərbaycan xalqı belə bir şəxsiyyət yetirə bilməyəcəkdir.  

Möhtərəm Prezident!

Sizin səviyyədə söhbət açılmasına layiq hesab etməsəm də, xırda bir şeyi də qeyd etməyə məcburam. Mən əlil olduğum üçün avtomobilsiz hərəkət edə bilmirəm. Son zamanlar Ramil Usubovun quldurları mənim istifadə etdiyim avtomobilləri izləyirlər. Bu ona gətirib çıxara bilər ki, izləyənlər ya gülləyə tuş gələr, yaxud da təkər altında qalarlar. Bunlar cavan uşaqlardır, yəqin ki, ailələri vardır.

Mən 63 il şərəfli ömür sürmüşəm və bu şərəfsiz hakimiyyətin hökmranlığı dövründə yaşamaqla əzab çəkməkdən doymuşam. İtirəsi bir şeyim yoxdur.

Möhtərəm Prezident!

Vəziyyət böhranın son həddindədir. Hesab edirəm ki, cəmiyyətdə stabilliyin yaranması üçün referendumdan yararlanmaq olar.

məzahir pənahovHakimiyyətPrezident, aparat rəhbəri, aparatın şöbə rəisləri, hökümət bütövlükdə, yerlərdə isə icra başçıları bülletenə daxil edilməli və səsvermədən keçməlidir.

Referendumda iştirak edənlərin 50%-dən artıq səsini toplayanlar vəzifələrini saxlayırlar.

31-50 % səs toplayanlarla bir ilə müqavilələr bağlanır.

30 və ondan aşağı faiz səs toplayanlar vəzifələri ilə vidalaşırlar.

Referendum şəffaf keçirilməli Məzahir Pənahov və onun komandası dərhal prosesdən uzaqlaşdırılmalıdır. Murdar əllə təmiz iş görmək olmaz.

 Tahir Babayev
  050 331 58 11
 Yazı buradan götürülüb