İslam Kərimov rəsmən üldi ! Səmərqənddən xəbər var!

Haqqında əfsanələr dolaşan İslam Karimovun ölümü bu yaxın saatlarda rəsmən təsdiq ediləcək. Əlbəttə, səbəb, İlham Əliyevin ona təbrik məktubu göndərməsi ilə bağlı deyil. Sadəcə olaraq, felən iki-üç gün əvvəl ölən İslam Kərimovun vəfatının gizlədilməsi Özbəkistanın daxili durumu ilə bağlıdır. Ölkədə situasiyanın nəzarətdən çıxması ehtimalına görə Kərimovun hələ də, guya xəstəxanda, reanimasiyada olduğu barədə xəbərlər dövriyyəyə buraxılır, hətta reanimasiyada olan adamın adından Özbəkistanın müstəqillik günü ilə bağlı xalqa təbriki də yayılır. Bundan başqa, azerbaycansaati.tv-yə Özbəkistandakıl mənbənin verdiyi xəbərdə bildirilir ki, Kərimovun qızı Lolanın ,,atamın sağalması üçün dua edin,, müraciəti yayılanda da diktator ölmüşdü və bu müraciəti də Lolanın adından yaymağı zəruri hesab ediblər ki, onun hələ diri olduğu qənaətini yaratmaq mümkün olsun.

İslam Kərimov isə sağ deyil.

888

Səmərqəndin küçələrini hörmətli ,,qonağın,, cəsədini qarşılamaq üçün süpürürlər

Bu saatlarda Özbəkistanın baş naziri, prezidenti əvəz edəcəyi deyilən Şövkət Mirzəyev klanlararası məsləhətləşmələri davam etdirmək üçün Səmərqəndə gedib. Başqa bir mənbənin bildirdiyinə görə, İslam Kərimov Səmərqənddə dəfn ediləcəyinə görə, baş nazir də oraya yollanıb .O, İslam Kərimovun yerinə əsas namizədlərdən birdir.

azerbaycansaati.tv