İlham Əliyev diktatorun ölüsünə nələr yazdı?! Allah haqqı, düz deyirik!

Bu gün, 2016- cı il sentyabrın birində, iki gün bundan əvvəl ölmüş Özbəkistan diktatoru İslam Kərimov Azərbaycan diktatoru İlham Əliyevdən təbrik məktubu alıb. Məktubda yazılır:

“Hörmətli İslam Abduqəniyeviç, Özbəkistanın milli bayramı – Müstəqillik günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin. Sizin rəhbərliyinizlə qardaş Özbəkistan dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsində, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb.

Əminəm ki, xalqlarımız arasında dərin tarixi köklərə malik olan ənənəvi dostluq, qarşılıqlı dəstək münasibətləri bundan sonra da Azərbaycan-Özbəkistan əməkdaşlığının və tərəfdaşlığının dinamik inkişafı və dərinləşməsi üçün etibarlı təməl olacaq. Hörmətli İslam Abduqəniyeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Özbəkistan xalqına sülh və firavanlıq diləyirəm”.

Allah haqqı, rəsmi xəbərdir!

azerbaycansaati.tv

xəbər bu mənbədən götürüldü