Orta Asiyada vulkan püskürəcək

Diktatorlar özlərindən sonra yalnız dağıntı və qan qoyub gedirlər

Özbəkistan prezidenti İslam Kərimov insult keçirib. Onun vəziyyəti ağırdır və ölkəni idarə edəcək durumda deyil. Özbəkistan hakimiyyəti isə son bir neçə il ərzində sərt daxili intirqaların və qarşıdurmaların mənbəyidir. Xatırladaq ki, İslam Kərimovun bir neçə il əvvəl da ürəyi ilə bağlı problemlər olmuşdu və o zamandan başlayaraq Özbəkistan hakimiyyətinin daxilində bir neçə düşmən qrup formalaşıb.

karakalpak

İslam Kərimovun ölümündən sonra bu Orta Asiya ölkəsində qan su yerinə axa bilər. Həm siyasi çəkişmələr, həm də Özbəkistanın tərkibində olan Qarakalpak muxtar Respublikasının müstəqillik uğrunda ayaqlanmasının baş verəcəyi şübhəsizdir. İ. Kərimovun hakimiyyəti zamanında Qarakalpak Muxtar Respublikasının bir neçə dəfə müstəqillik şüarı səsləndirilsə  də, buna imkan verilməyib. Karakalpak Muxtar Respublikası ilə Özbəkistan arasında İttifaq müqaviləsi 1993- cü ildə 20 illiyinə bağlanıb və müqavilədə qeyd edilib ki, 20 il sonra Qaralkalpak özünü müstəqil elan edə bilər. Amma 2013- cü ildə sərt siyasi rejim bunu gerçəkləşdirməyə imkan verməyib, buna görə də Karakalpağın Özbəkistan daxilindəki statusu yalnız İslam Kərimovun ürəyinin vəziyyəti ilə bağlıdır.

azerbaycansaati.tv