Türkiyənin Qazıantep şəhərində toy şənliyi zamanı törədilən partlayış nəticəsində 30 nəfər ölüb, 94 nəfər yaralanıb.
Bu barədə Qazıantep valisi Əli Yerlikaya bildirib. O hadisəni terror aktı adlandırıb.
Baş nazirin müavini Mehmet Şimşək NTV telekanalına açıqlamasında partlayışın terrorçu qadın-kamikadze tərəfindən törədildiyini bildirib.
Partlayışın İŞİD terror qruplaşmasının üzvü tərəfindən törədildiyi ehtimal olunur.
https://www.youtube.com/watch?v=qEqXFxT_VSI