Icra başçısı xüsusi missiya ilə Almaniyaya gəlib!

Azərbaycanda tibb «gül» vurur

İsmayıllının icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov ürəyindən əməliyyat olunmaq üçün Almaniyaya gəlib. İsmayıllı rayon icra hakimiyyətindən bu məsələ ilə bağlı etdiyimiz müraciətə fərqli izahat veriblər. İcra hakimiyyətinin adının çəkilməsini istəməyən əməkdaşı bildirdi ki, əslində, Mirdamət müəllim müalicə üçün yox, kəşfiyyat üçün Almaniyaya gedib. «O, Almaniyanın necə dağıldığı haqqında xəbərləri dəqiqləşdirmək üçün xüsusi missiya ilə göndərilib. Orada olarkən, Almaniyada gördüklərindən dəhşətə gələn Mirdamət müəllim sarsıntı keçirib və ürəyində gücləndirici cihaz qoymaq qərarı verilib. Bu, Almaniya həkimlərinin qərarıdır. Amma Azərbaycana dönən kimi, onun ürəyində təkrar əməliyyat aparılacaq, Almaniyada qoyulan aparat oradan götürüləcək və əvəzində Oqtay Şirəliyevin ixtirası olan milli cihaz qoşulacaq».

Bu, İsmayıllı rayonundan İcra hakimiyyəti aparatyından verilən rəsmi izahatdır.

Xatırladaq ki, İsmayıllının icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov 1950-ci ildə sentyabr ayının 5- də, axşam saatlarında anadan olub və hələ canı suludur.

Azerbaycansaati.tv