MTN-nin qadın generalı Eldar Mahmudov və Hilal Əsədovu “satdı”

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan Əməliyyat-texniki idarəsinin sabiq rəisi, general-mayor Natəvan Mürvətova istintaq tərəfindən dindirilib. Xanım general istintaqa ifadəsində sabiq nazir Eldar Mahmudov və onun müavini olmuş Hilal Əsədovun əleyhinə ifadə verib. Belə ki, Nətavan Mürvətova rəisi olduğu idarənin vəzifəli şəxsləri qanunsuz dinləməsi barədə suallara cavab verərkən, tapşırığı nazir və onun müavini olmuş Hilal Əsədovdan aldığını deyib.

İşçilərinin bir-birinin ardınca Eldar Mahmudun üzünə dayanması isə yaxın perspektivdə həbsinin gözləniləcəyinə əsas verir. 11 il nazir olduğu dönəmdə ona etibar olunan vəzifədən sui-istifadə edərək, nazirliyi cinayətkar yuvasına çevirən Eldar Mahmudovun azadlıqda qalması cəmiyyətdə ciddi narazılıqla qarşılanmaqdadır.