Banişevskini kim tanımır?

Əbil Həsənov

Hər il təxminən eyni cür olurdu. Sağlığında diqqət görməyən, xəstəliklərdən əziyyət çəkən məşhur futbolçu Anatoli Banişevskinin anım günündə AFFA-nın icraiyyə komitəsinin üzvləri, veteran futbolçularla birlikdə onun qəbrini ziyarət edər, şablon nitqlər söyləyər və bununla da işlərini bitmiş hesab edərək dağılışardılar. Belə tədbirlərdən birində ötən illərin məşhur futbolçusu Ələkbər Məmmədov da tədbirə qatılmaq üçün AFFA-nın qərargahına üz tutmuşdu. Qapıda dayanan mühafizəçilər onu tanımayaraq içəri buraxmırdılar. Ələkbər müəllim nə qədər izah etməyə çalışsa da, keçmiş futbolçu olduğunu desə də, xeyri olmurdu, onu içəri buraxmaq istəmirdilər. “Milanın qapısına dörd qol vurmuşam “ deməsi də vəziyyəti dəyişmədi ki, dəyimədi. Elə bu an ömürləri boyu heç on dəqiqə televiziyada futbol reportajına baxmayan,futboldan heç bir anlayışları olmayan AFFA İcraiyyə komitəsinin üzvüləri Əhmədlə, Səməd(adlar şərtidir) bu günkü tədbirdə iştirak etmək üçün içəri daxil olub,bu xoşagəlməz hadisənin şahidi oldular.Əhməd mühafizəçinin Ələkbər Məmmədovu incitdiyini görüb:-“Ə, ağsaqqalı niyə incidirsən?”-dedi.Ələkbər Məmmədov üzünü Əhmədə tutaraq yazıq-yazıq dedi:-“Mən ötən illərin məşhur futbolçusuyam. İtaliyanın “Milan” komandasının qapısından bir oyunda dörd qol vurmuşam.AFFA İcrayyə komitəsinin üzvüyəm.Bunlar məni içəri buraxmırlar.”Əhməd mühafizəçinin üstünə qışqırarq;-” Ə, bəs niyə ağsaqqalı içəri buraxmırsan?”Mühafizəçi cavabında onu tanımadığını bildirdi.Əhməd isə :-“Ə, sən tanımırsan mən tanıyıram.burax girsin içəri.”-dedi.Mühafizəçi isə çarəsizlikdən onu əmrinə tabe olaraq Ələkbər Məmmədovu içəri buraxdı.Ələkbər müəllim Əhmədə minnətdarlığını bildirərək pilləkanlarla yuxarı qalxdı.Bu vaxt Səməd Əhməddən soruşdu. – Qardaş, sən o kişini tanıyırdın? -Hansı kişini? -O ağsaqqalı deyirəm də içəri buraxdırdığını? -Niyə tanımıram.Ötən illərin məşhur futbolçusu,İtaliyanin “Milan” komandasının qapısından dörd qol vuranı kim tanımır ki?Bəs eşitmədin? -Eşitdim . -Bəs onda niyə soruşursan? -Bəs o ağsaqqalın adı nədi?-Əhməd bir anlıq susduqdan sonra:

-Ə, Banişevskidi də. .Banişevskini tanımırsan?!