Hüquqşünas Ataxan Əbilov İlham Əliyevin Konstitusiya dəyişikliyi ideyasını darmadağın edir
“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı lajihəsi
(Layihənin 2-ci bəndi haqqında)
Təklif edilən Referendum Aktın 2-ci bəndi AR Konstitusiyasının 24-cü maddəsinə əlavələr təklif edir. Əyani görmək üçün hazırda qüvvədə olan və təklif edilən mətlərə diqqət edək.
Qüvvədə olan mətn belədir:
Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi
I. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.
II. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
Təklif edilən mətn belədir:
Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi
I. İnsan ləyaqəti qorunur və ona hörmət edilir.
II. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.
II. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
Bizim münasibət
Bu söz oyunu təklif edilən layihənin paradoksallığını ortaya qoyur.
Hər bir vətəndaşının həyatına təsir edə biləcək və Azərbaycan dövlətçiliyi üçün həyati əhəmiyyət kəsb edən məsələləri Azərbaycan vətəndaşından heç nə soruşmadan referenduma çıxartmaqla eyni zamanda “insan ləyaqəti qorunur və ona hörmət edilir” norması kimi Konstitusiya dəyişiklik təklif etmək Azərbaycan vətəndaşına meydan oxumaq, ona həqarət etməkdən başqa bir şey deyil. Görünür “insan ləyaqəti və ona hörmət” anlayışının məzmunu Layihə müəllifləri üçün başqa məna kəsb edir. Və yaxud da bu dəyişilikdən sonra vətəndaşın icazəsi olmadan onun yataq otağına gizli kameralar yerləşdirməninə yol verməyəcəklərini öhdələrinə götürürlər.
Heç bir ehtiyac olmadan və yalnız şəxsi hakimiyyətin qorunub saxlanılması üçün AR Konstisusiyasına dəyişiliklər etmək “hüquqlardan sui-istifadəyə yol verilmir”-in durumunun nə yerdə olduğunun göstəricisidir, yəni “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının özü hüquqlardan sui-istifadədir.
Belə olan halda bu söz oyunu ilə nəyisə pərdələməyə ümid edənlərə yazıqlar olsun!