Qiyam yatdı. Barıt yox imiş

Dünən Türkiyə Ordusunun daxilindəki hansısa bir qrup silahlı qiyam qaldırmaq üçün ürkək bir cəhd etdi. Türkiyənin rəsmi dairələri bunların Nurçu lideri Fətullah Gülənə bağlı olduğunu bildirdi.

Dövlət televiziyasının ələ keçirən qiyamçılar oradan bəyanat yaydılar ki, Türkiyədə dövlət idarəçiliyinə əl qoydular və legitimliyini itirən hökumət hakimiyyətdən uzaqlaşdırdı. Amma bu olayın, tezliklə mənasız və düşük bir cəhd olduğu bütün əlamətlər üzrə görükməyə başladı.

Birincisi, qiyamçılar Türkiyə Silahlı Qüvvətlərini deyil, ordunun daxilindəki çox kiçik bir qrupun maraqlarını təmsil edirdilər. Bunu küçələrə çıxarılan əsgərlərin və hərbi texnikanın sayı da göstərirdi.

İkincisi, dövlət televiziyasının tutmaq, orada binəva bir qıza text oxutdurmaq, bu tekstin bütün telekanallarda oxunmasını əmr etmək məzhəkəyə bənzəyirdi. Çünki bütün digər telekanallar öz yayımlarını verirdilər. Bu o deməkdir ki, qiyamçıların qafasında TRT hakimiyyəti ələ keçirməyin 50 faizinə bərabər imiş.

1267334_770x443

Üçüncüsü, qiyamçılar ən mühüm faktoru- əhali faktorunu nəzərə almamışdılar. Əhali isə Türkiyəni zaman-zaman silkələyən və geriyə atan hərbi çevrilişləri yaxşı xatırlayır. Buna görə də bu dəfə qiyamçıların məhdud kəmiyyəti üzə çıxan kimi xalq küçələrə axışdı və əsgərləri tanklar qarşıqı mühasirəyə aldı, onları tərksilah edib kazarmalara geriyə yolladı.

azərbaycansaati.tv qiyam saatlarında Türkiyədəki mənbələrlə intensiv əlaqə saxlayırdı və bu mənbələrin istisnasız olaraq, hamısı bunn sadəcə, bir qiyam cəhdi olduğunu, heç bir uğur qazana bilməyəcəyini iddia etdi. Xatırladırıq ki, bu mənbələr rəsmi deyildi. Yəni, bu o deməkdir ki, ictimai rəydə bu qiyamın əvvəlcədən məğlub olacağı fikri hakim idi.

Türkiyədəki müxalifət hərbi qiyam cəhdini, nəinki dəstəklədi, əksinə, öz tərəfdarlarını müydanlara səslədi və Türkiyədə siyasi rəqbətə hərbi müdaxiləni tanımadığını bildirdi.

Nəhayət, Türkiyə prezidenti Ərdoğan vaxtında üzə çıxıb öz mövqeyini bəyan edə bildi. Cəmiyyət onun Türkiyədə olduğunu, proseslərə müdaxilə etmək iqtidarında olduğunu dəyərləndirib küçələrə axışdı və qiyam cəhdi uğursuzluqla başa çatdı…

azerbaycansaati.tv