Arif Məmmədov
Keçən il Ermənistanda hökümət elektrik enerjisinin qiymətini artıranda bütün ölkə ayağa galxıb, öz etirazını bildirdi və höküməti güzəştlərə getməyə məcbur etdi.
Bizdə isə suyun da qiyməti galxdı, işığın da, manat da iflic vəziyyətə gəlib çıxdı, banklarda vətəndaşların vəsaitləri batdı, insanlar evlərində də, neft platformasında da diri- diri yandı, millət isə quzu kimi sakit oturub şükür edir.
Biz axı şükür edən xalqıq.
Ən yaxşısı şükür edib, oturub «ЖАРА» konsertinə baxaq, üzr istəyirəm baxmayaq, baxmaq da bizlər üçün deyil, sadəcə qorxa qorxa mətbəxdə heç kəs eşitməsin deyə pıçıldaşaq.
Gül balaların, bir daha üzr istəyirəm, sizlərin yox, sizinkilər ac da qalsa olar, min şükür bir təhər havaynan dolanarlar.
Vəzifəlilərın gül balalarının yediyi qoyun ətinin kilosundan, içilən fransız şampan şərablardından danışaq.
Biz belə davam etsək, nə Avropadan inciyək, nə də diqərlərindən. Onlar da anlayırlar kı, biz şükür edən xalqıq. Özümüzdən inciyək və pıçıldaşmağa davam edək….