Azərbaycanda yüzlərlə radar gecə-gündüz sürət limitini ötən nəqliyyat vasitələrini müəyyən etmək üçün istifadə edilir. Kürdəmir-Nəvayi magistral yolu bu tip radarlarla doludur.
Azərbaycan vətəndaşı poçtla elektron protokolun surətini əldə etdikdən sonra çaş-baş qalıb. Protokolda onun avtomobilinin sürət limitini faktiki olaraq 18 km/saat pozduğu qeyd edilib. Məlum olub ki, yolda quraşdırılan radar 90 km/saat sürət limitini ötən avtomobilləri qeyd edir.
Məsuliyyətli sürücü, avtomobilinə quraşdırılan videoregistratorla protokolu izahlı müqayisə edərək sistemdəki səhvi sübut edib. Belə ki, radara çatmamış yol nəqliyyat nişanı sürət həddinin 110 km/saat olduğunu göstərir. Ancaq radaq 90 km/saat sürətini ötənləri qanunu pozduğu üçün qeydə alır.
Biz sizdən bu xəbəri paylaşmağı xahiş edirik ki, başqa sürücülər də səhv işləyən MMX-nın qurbanına çevrilməsin.