Arif Məmmədov Azərbaycan diplomatlarını belə təbrik etdi

Əziz diplomatlar,

Bu gün sizin peşə bayramınızdır və son iki ildə sizi bu hakimiyyət nə təbrik edir nədə ki bayramınız münasibəti ilə bir tədbir keçirir.

Bilirəm ki, Binəqədi yanğınından sonra mənə dəstək olduğunuza görə hakimiyyət bir coxlarınızı cəzalandırıb və ümumilikdə diplomatlardan üz döndərib, sizlərə inamını itirib.

Bu hakimiyyətin məqsədi diplomatların savad və biliklərindən istifadə edib, beynəlxalq səviyyədə uğurlar qazanmaq deyil, sızləri bu sistemin gullları etməkdir. Ona görə də hər bir Səfirlikdə hakimiyyət sizləri nəzarət etmək üçün MTNin zabitlərini yerləşdirir.

Bilirəm kı, diplomatların əksəriyyəti savadlı və vətənlərini, dogma Azərbaycanımızı dərindən istəyən və sevən insanlardı.

İnanıram kı yaxınlarda ölkəmizdə ciddi dəyişiklər olacaq və siz Vətən qarşısında şərəflı vəzifələrinizi əyilərək və alçalaraq yox, qürur,ləyaqət və iftixarla icra edəcəksiniz.

Buna heç kəsin şübhəsi olmasın.
Bir daha sizləri təbrik edirəm.

Sizlərlə hər zaman fəxr edirəm,

Sizlərin Səfiriniz,

Arif Məmmədov