Rövnəq Abdullayevin oğlu Türkiyədə həbs edildi

SOCAR patronunun oğlu Fətullah Gülən camaatı ilə ,,rəqs,, etdiyi üçün həbsə edilib.

Bu gün aldığımız xəbərdə bildirilir ki, iki gün əvvəl İstanbulda SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev həbs edilib. Onun Fətullah Gülən icmasının fəal üzvlərindən və təşkilatçı isimlərindən biri olaraq həbs edildiyini söyləyirlər.

Türkiyədə fövqəladə vəziyyət davam etdiyinə görə bu xəbəri dəqiqləşdirmək bir qədər çətindir. Amma hər halda, yaxın saatlarda xəbərə aydınlıq gətirməyə çalışacağıq.

İndilik əlimizdə olan xəbər bundan ibarətdir ki, Rəşad Abdullayevin azərbaycanlı tələbələrdən ibarət yaratdığı Fətullah Gülən camiəsinin bütün üzvləri möhkəm təşviş içindədilər. Hər kəs, hər an həbs ediləcəyini düşünür.

Qeyd edək ki, 3-4 gün əvvəl İlham Əliyevin köməkçisi Əli Həsənov yığcam bir heyətlə Ankaraya gedərək müxtəlif dövlət qurumlarında görüşlər keçirib və Rövnəq Abdullayevin oğlunun azad edilməsi üçün danışıqlar aparıb. Hələlik, danışıqların heç bir nəticə vermədiyi bildirilir.

azerbaycansaati.tv