PAH ATONNAN YERİ

 

Gicdi bu insan,pah atonnan yeri,
Ağzı tökür qan,pah atonnan yeri.

Yoxsa,qəhətdir başına iş bunun,
Axxx,soxasan ilhamına şiş bunun,
Mən nə bilim,guya ki,sözmüş bunun,
Dərdinə dərman,pah atonnan yeri,
Gicdi bu insan,pah atonnan yeri.

Söyləyirəm hər olanı yazmasın,
Yəni,cavandır,yolunu azmasın,
Biz ki sözün vermişik,ay gic,yasın,
Lap belə çoxdan, pah atonnan yeri,
Gicdi bu insan, pah atonnan yeri.

Bərk deyirəm, boş deyirəm,qanmayır,
Danlayıram, xoş deyirəm,qanmayır,
Yay deyirəm, qış deyirəm,qanmayır,
Yox ədəb-ərkan, pah atonnan yeri,
Gicdi bu insan, pah atonnan yeri.

Dərk eləmir, lap çağalıqdır ki bu,
Zurna-qaval, lağlağalıqdır ki bu,
Vallah, əsil Maştağalıqdır ki bu,
Ay sənə qurban, pah atonnan yeri,
Gicdi bu insan, pah atonnan yeri.

Külfəti on gündü çörək tapmayır,
Yəni, ölür, nanu-nəmək tapmayır,
Söykəməyə bircə kürək tapmayır,
Təkcə verir can, pah atonnan yeri,
Gicdi bu insan, pah atonnan yeri.

Yum deyirəm,haqqı gözün görməsin,
Amma dayanmır, çıxarır hey səsin,
Dərdi tutub dost, buna xalx neyləsin?
Çək qəmi pünhan, pah atonnan yeri,
Gicdi bu insan, pah atonnan yeri.

Hey bizə o, vecsiz alaq söyləyir,
Qarğa deyir, gah yapalaq söyləyir,
Ağzına vur tərs şapalaq söyləyir,
Bir dəli şeytan, pah atonnan yeri,
Gicdi bu oğlan, pah atonnan yeri.

Pay alıram, sovqata rüşvət deyir,
“Haqq gələcək bir zaman əlbət”,-deyir,
Mən demirəm ha, bunu Fikrət deyir,
Öncə görür san, pah atonnan yeri,
Gicdi bu insan, pah atonnan yeri.

Fikrət Məmmədli