Beyləqanda daha bir etiraz aksiyası (video)

Bu dəfə Qəhrəmanlı kəndinin sakinləri kənd yolunu bağladılar.

Beyləqan rayonunun Qəhrəmanlı kəndinin sakinləri kəndə giriş yolunu bağlayıblar. Sakinlər bunu onunla izah ediblər ki, kəndə giriş yolundakı körpü uçub dağıldığına görə, onsuz da giriş-çıxış mümkün deyil. Kənd bələdiyyəsi körpünü təmir etmək üçün büdcədə pulun olmadığını deyir, rayon rəhbərliyi isə qulaqardına vurur. Nəhayət, kəndlilər, onsuz da, dağılıb bərbad hala düşmüş yolu bağlamaqla etirazlarını bildiriblər….

azerbaycansaati.tv