Avropadan Rüfət Səfərova dəstək

“Azərbaycan Naminə Demokratiya” Hərakatı (AND) keçmiş müstəntiq Rüfət Səfərovun müdafiəsinə qoşulur.

Açıqlamada belə deyilir.

Biz, Azərbaycanda ictimai-siyasi mövqeyinə görə avtoritar rejimin qurbanı olan istənilən vətəndaşımızın yanında olduğumuzu bir daha vurğulayaraq, hazırda həbsdə saxlanılan hüquqşünas Rüfət Səfərovun hüquqlarının müdafiəsi üçün komitəni alqışlayırıq. AND bəyan edir ki, Rüfət Səfərova qarşı çıxarılan hökm qanuni əsaslardan tamamilə məhrumdur, bu birbaşa siyasi qərəz və hikkənin nəticəsidir, qisas əməliyyatıdır.

AND Azərbaycanda rəsmi mürtəce siyasətdən azacıq fərqli düşünən insanların belə susdurulmasını ölkə üçün fəlakət sayır və bu baxımdan vətəndaş mövqeyi göstərən şəxsləri-o sıradan Rüfət Səfərovun müdafiəsini lazım bilir.

AND yaradılan müdafiə komitəsi ilə əməkdaşlığa hazır olduğunu bildirir, həmçinin bəyan edir ki, Rüfət Səfərovun azadlığı üçün nəzərdə tutulan bütün məqbul vasitələrdən istifadə edəcək və onun azad olunması istiqamətdə bütün zəruri addımları atacaqdır.